XalqXəbər.Az

Ən çox BÜDCƏ AÇIĞI olan Mahir Quliyevdir... - Bu günə qədər doğru-dürüst hesabat verə bilməyib...

yüklənir...
Ən çox BÜDCƏ AÇIĞI olan Mahir Quliyevdir... - Bu günə qədər doğru-dürüst hesabat verə bilməyib...
9-10-2019, 10:17
yüklənir...

Yaxın on gün ərzində bir sıra rayon icra hakimiyyəti başçılarının dəyişdirilməsi planlaşdırılır. Bu barədə DİA.AZ-a danışan məlumatlı mənbə iddia edir ki, artıq yola salınma qərarı qətiləşən Biləsuvar rayon icra hakimiyyətinin hazırki başçısı Mahir Quliyevin məsələsi reallaşmaq üzrədir.

Mənbənin söylədikləri: "Mahir Quliyevin adı yerli KİV-də daha çox büdcə kəsirləri ilə diqqətə gəlməkdədir. Yəni bu adam başçı olandan rəhbərlik etdiyi qurumun maliyyə hesabatını doğru-dürüst ortaya qoya bilməyib. Əslində başqa çarəsi də yoxdur. Bu gün Biləsuvar icra başçısı tərəfindən ən çox talanan bir rayon olduğundan hansısa maliyyə mütəxəssisinin sənəd üzərində başçını təmizə maksimum şəkildə çıxarması da imkansızdır. Ona görə də KİV-lər Mahir Quliyevin büdcə açıqlarını daima işıqlandırırlar.

Bu fakt isə təbii ki, müvafiq dairələrin diqqətindən kənarda qala bilməz və gözlənilən yenilənmə prosesində ilk "vurulacaqlar"dan biri də məhz Mahir Quliyev olacaq".

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.