SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » İcra başçısı kənd sakinlərinə ölülərini yumaq üçün su vermir

İcra başçısı kənd sakinlərinə ölülərini yumaq üçün su vermir

Tarix:

6-10-2019, 11:35

/ 1 013 dəfə oxundu.
İcra başçısı kənd sakinlərinə ölülərini yumaq üçün su vermir

Su həyatdır deyirlər. Yer kürrəsində ona görə, yaşayış var ki, burda su var. Amma di gəl ki, su olasa da susuz qalasan, bax bu başqa bir bəladır. Neftçala rayonu Kür çayının, Xəzər dənizinin sahilində yerləşsə də, rayonda susuzuqluqdan nəinki ilanlar, hətta insanlar da mələşir.

Ümumiyyətlə, icra başçısı baxımından neftçalalıların bəxti heç gətirməyib. 80-cı illərdən sonra bu rayona normal icra başçısı göndərilməyib ki, yazıq insanları düşünsün. Taleh Qaraşovun darmadağın etdiyi rayonu, İsmayıl Vəliyev viran qoyub.

Bir neçə il əvvəl rayona tikinti-abadlıq adı altında külli miqdarda maliyyə vəsaiti ayrıldı. İcra başçısı İsmayıl Vəliyevlə bu işlərə məsul olan FHN şefi Kəmaləddin Heydərov bu pulu elə bir formada həzmrabedən keçirdilər ki, geriyə bir iki əhəngli bina, 3-4 km yol qaldı. Vəssalam. Nə kanalizasiya çəkildi, nə də su problemi həll olundu.

Bizimxeber.az-a istinadən xəbər veririk ki, rayonun su deyib mələşdiyi əsas hissəsi Qoltuq kənddidir. Bu kəndin sakinləri susuz qalsalar da, abır edib icra başçısının əzəmətli bınasına cəmi 100 dəfə gediblər. İcra başçısı da “abrına bükülüb” bu insanları düz 100 dəfə də yalançı vədlə yola salıb. Sonda isə bəlli olub ki, bu kəndin sakinlərinə suyu verməyən elə İsmayıl Vəliyev özüdür. Rayon Su Kanal İdarəsinin rəisi (adı yoxdu) and aman edir ki, İsmayıl deyib ki, o kəndə su vermə. Səbəbini də deməyən icra başçısının bu kəndin sakinləri ilə nə problemi var bax, bunu da bilən yoxdur.

Kənd sakinləri axşamlar “zikr” edib yatırlar ki, bəlkə İsmayıl yoldaşın niyə onlara su vermədiyini yuxuda görə bildilər. Amma gördüm deyən hələlik yoxdur. Day mollalar da quran-kitab açmaqdan yorulub. Heç bir faydası yoxdu.

Kəndin az qala 100 yaşı olan ağsaqqlı deyirmiş ki, İsmayıl Vəliyevin bizi niyə susuz qoyduğunu bilmirik. Niyə belə edir bilən yoxdur. Sakinlər düşünür ki, bəlkə İsmayıl Vəliyev pul istəyir? Ordan-burdan elçi salıb soruşurlar ki, bəlkə puldan zaadan verək bizə su verilməsinə icazə verəsən. Yox ki, yox…

Şərhlər

XƏBƏR LENTİ