SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Rayon sakinləri işdən çıxarılan icra başçısına qarşı – Bico kəndi aksiyaya hazırlaşır

Rayon sakinləri işdən çıxarılan icra başçısına qarşı – Bico kəndi aksiyaya hazırlaşır

Tarix:

5-10-2019, 13:02

/ 1 179 dəfə oxundu.
Rayon sakinləri işdən çıxarılan icra başçısına qarşı – Bico kəndi aksiyaya hazırlaşır

Ağsu rayonunun Bico kəndində sakinlərə məxsus pay torpaqları kənar şəxslərə satılıb.

“Yeni Sabah” xəbər verir ki, sakinlər bununla bağlı ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanlayıblar.

“1999-cu ildən bu yana bələdiyyə fondunda olan əkin və dağətəyi ərazilərdəki örüş sahələri kənd əhalisinin razılığı olmadan kənar şəxslərə icarəyə verilib”, - deyə sakinlər müraciətdə qeyd edib.

Onların sözlərinə görə, yerli hakimiyyət bununla kifayətlənməyərək bəzi sakinlərin kol-kosdan təmizləyib əkinə yararlı vəziyyətə gətirdiyi torpaq sahələrini də ələ keçirib. Sakinlər bu məsələdə bir neçə gün əvvəl ica başçısı vəzifəsindən azad edilən Ənvər Seyidəliyevi, kənd icra nümayəndəsini və bələdiyyə sədrini ittiham edir.

Onların sözlərinə görə, bütün bunlar məhz keçmiş icra başçısının göstərişi, icra nümayəndəsi və bələdiyyə sədrinin canfəşanlığı ilə baş verib. “Həmin ərazilər artıq kənar şəxslər tərəfindən şumlanıb”,- deyə sakinlər bildirib.

Ağsudan aldğımız məlumata görə, sakinlər müraciətdən əlavə yerli hakimiyyətin diqqətini çəkmək üçün icra nümayəndəliyinin qarşısında piket keçirməyi planlaşdırırlar. “Piket bu gün saat 15.00-a planlaşdırılır”,- deyə sakinlər əlavə edib.

Şərhlər

XƏBƏR LENTİ