SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » İmişlidə həkim özünü bıçaqladı, sonra isə... - MÜƏMMA

İmişlidə həkim özünü bıçaqladı, sonra isə... - MÜƏMMA

Tarix:

4-10-2019, 09:39

/ 768 dəfə oxundu.
İmişlidə həkim özünü bıçaqladı, sonra isə... - MÜƏMMA

Ötən gün İmişli rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb. Conflict.az-a İmişlidəki mənbədən daxil olan məlumatda qeyd edilir ki, rayon Mərkəzi Xəstəxanasında lor vəzifəsində işləyən Abbas adlı həkim hələ ki, dəqiqləşdirilməyən səbəblərdən bıçaqla özünə bir neçə dəfə xəsarət yetirib. Mənbənin bildirdiyinə görə xəstə təcili olaraq əməliyyata götürülüb. Məsələnin ən qəribə və dəhşətli tərəfidə məhz bundan sonra baş verib. Belə ki, cərrahi müdaxilədən bir müddət sonra özünə gələn Abbas adlı həkim yenidən özünə qəsd etməyə başlayıb. O cərrahi müdaxilə ilə tikilən kəsilmiş və deşilmiş yaralarının tikişlərini təkrar sökərək yaşamaq istəmədiyini bildirib. Məlumatı verən mənbənin sözlərinə görə bu vaxta qədər rayonda belə hadisə baş vermədiyinə görə məlumatı eşidən hər kəs təəccüb içərisindədir. Hadisə ilə bağlı rayonda müxtəlif şaiyələr dolaşsa da, hüquq-mühafizə orqanları hələ ki, məsələ ilə bağlı dəqiq məlumat verməyə tələsmirlər. Onu da qeyd edək ki, Abbas həkimin hal-hazırda polisin və tibbi personalın xüsusi nəzarəti altında saxlanıldığı bildirilir.
Mövzunu diqqətdə saxlayacağıq.
Məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyırıq, dərc etməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ