SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Cəlilabad rayon icra hakimiyyətinin əməkdaşı evini yandırdı

Cəlilabad rayon icra hakimiyyətinin əməkdaşı evini yandırdı

Tarix:

2-10-2019, 21:17

/ 863 dəfə oxundu.
Cəlilabad rayon icra hakimiyyətinin əməkdaşı evini yandırdı

Cəlilabad rayonunda icra hakimiyyətinin əməkdaşı evini yandırıb. Bu barədə dosye.org-a etibarlı mənbə məlumat verib.

Onun dediyinə görə Cəlilabad Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Elşad Əzizov yaşadığı mənzilə od vuraraq yandırıb. Məlumat redaksiyaya daxil olarkən rayonda olan bilgilərimizlə əlaqə saxladıq. İcra hakimiyyətinin daxilindən sızan dəqiq informasiyalara görə, hal-hazırda hüquq şöbəsinin müdiri E. Əzizov Maştağadakı psixiatriya xəstəxanasında müalicə alır. Maraqlı məqamlardan biri budur ki, xəstəlikdən əziyyət çəkən şəxs icra hakimiyyətində mühüm vəzifə sahibidir.

Əslində, E. Əzizovun icra hakimiyyətində vəzifə ilə təmin olunmasında qardaşı PA-nın Ərzə Şikayətlər şöbəsinin sektor müdiri Fikrət Əzizovun “xidmətləri” danılmazdır. Məhz ötən həftə baş verən hadisədən sonra F. Əzizov qardaşını Bakı şəhəri Maşdağa qəsəbəsində 1 Nömürəli Respublika Psixiatriya Xəstəxanasına yerləşdirib. Lakin adı hallanan şəxs hazırda icra hakimiyyətinin əməkdaşı kimi dövlətdən maaş alır. Məsələ ilə bağlı əməkdaşımız Cəlilabad rayin icra hakimiyyətinin məsul şəxsləri ilə telefon əlaqəsi yaratmağa çalışdı. Əfsüslər olsun ki, telefon zənglərimizi cavablandıran olmadı. Dosye.org olaraq məsələni diqqətimizdə saxlayırıq və məqalədə adı hallanan şəxslərin mövqeyini dərc etməyə hazırıq. Allah şəfa versin….

DOSYE.ORG

Şərhlər

XƏBƏR LENTİ