SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Bərdə təhsilindən şikayət

Bərdə təhsilindən şikayət

Tarix:

2-10-2019, 12:23

/ 889 dəfə oxundu.
Bərdə təhsilindən şikayət

Xalid Vahidoğlu adlı vətəndaş sosial şəbəkədə Bərdə təhsilindəki vəziyyəti tənqid edib.
Azerinfo.tv həmin statusu təqdim edir:

"Bərdə rayonunda Rzaqulu Şərifov adlı şəxs var. Uzun müddət məktəb direktoru və 2013-cü ildən isə Bərdə rayon Təhsil şöbəsinin müdiri işləyib. Axtarış sistemində bu şəxsin adı ilə axtarış verəndə rüşvət, korrupsiyadan tutmuş təhsil işçisinin adına yaraşmayan o pis əməl yoxdur ki çıxmasın. İndi bu adamı Təhsil Şöbəsi müdirliyindən çıxarıb Akademik Zərifə Əliyeva adına Bərdə şəhər texniki təmayüllü məktəb-liseyə direktor təyin ediblər. Adam gələn gündən 7-8 ildir həmin məktəbdə təhsil alan şagirdlərin valideynlərini toplayıb tələb edir ki, uşaqlarınızı məktəbdən çıxarırıq, gedin hansı ərazidə qeydiyyatdasınızsa orada oxudun. Həmin məktəblər boş qalıb.
Uzun illər təhsilə rəhbərlik edən bu adam anlamır ki, məktəb boşalmaması üçün normal dərs keçmək, rəqabətə davamlı iş qurmaq lazımdır. İnzibatı üsullarla məktəbləri şagirdlə dolduraraq hansısa "müəllim"ə iş yeri yaratmağa vətəndaş borclu deyil. Boş qalan məktəbin qalmasından bağlanması faydalıdır. Özü də Rzaqulu müəllim, bildirib ki, bu təlimat onlara Təhsil Nazirliyi tərəfindən verilib. Maraqlıdır, məktəb direktoru təhsil göstəriciləri və intizamı qaydasında olan şagirdi məktəbdən çıxarıb başqa məktəbə göndərmək səlahiyyəti var idisə, o zaman Şagird yerdəyişməsi (sy.edi.az) elektron sistemini qurub, bu prosesdə valideynlərə iştirak imkanı nə üçün verilirdi. Başa düşürük, Bərdə Təhsil Şöbəsini bu tipdən təmizləmək lazım idi. Amma daha təhsil göstəriciləri normal olan bir məktəbdə təhsil alanların günahı nə idi?.
Mən bu barədə Təhsil Nazirliyinin saytında hər hansı təlimat tapmadım. Ümid edirəm ki, belə təlimat varsa Təhsil Nazirliyi açıqlayacaq və ya müvafiq tədbir görəcək."

Şərhlər

XƏBƏR LENTİ