SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Vilyam Hacıyev Gənclər Mərkəzində sakinləri qəbul edib

Vilyam Hacıyev Gənclər Mərkəzində sakinləri qəbul edib

Tarix:

30-03-2017, 18:08

/ 16 072 dəfə oxundu.
Vilyam Hacıyev Gənclər Mərkəzində sakinləri qəbul edib

Bu gün İmişli rayon Gənclər Mərkəzində icra başçısı Vilyam Hacıyevin sakinlərlə görüşü təşkil edilib

xalqxeber.az bildirir ki, görüşün əsas məqsədi İmişli RİH-nin operativ fəaliyyətinin bir parçası olan problemlərin yerində həll olunmasıdır.
Görüşdə İmişli rayonunun əksər kəndlərinin sakinləri iştirak edir və onlar sosial-iqtisadi və digər problemləri səsləndirirlər. Vilyam Hacıyev bu problemlərin həlli istiqamətində müvafiq tapşırıqlar verir və məsələlər yerindəcə öz həllini tapır.
Bundan əlavə, görüşə gələn sakinlər arasında müharibə əlili olan bir şəxs də olub ki, o, öz daxili imkanları hesabına əlil arabası ala bilmədiyini qeyd edib.
İmişli RİH-nin başçısı Vilyam Hacıyevin tapşırığı əsasında İcra Hakimiyyətinin hesabına həmin şəxsə əlil arabası hədiyyə olunub.
Vilyam Hacıyev çıxışında bildirib ki, belə sayyar görüşlər bundan sonra da tez-tez keçiriləcək və sakinlərimizin problemlərinin həlli istiqamətində İmişli Rayon İcra Hakimiyyəti səy göstərəcək.

Vilyam Hacıyev Gənclər Mərkəzində sakinləri qəbul edib
Vilyam Hacıyev Gənclər Mərkəzində sakinləri qəbul edib

Şərhlər

XƏBƏR LENTİ