SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Məktəb direktoru Sücaət Mehdiyevə rüşvət İTTİAHAMI - Xıdır Xankişiyev prokurora yazdı

Məktəb direktoru Sücaət Mehdiyevə rüşvət İTTİAHAMI - Xıdır Xankişiyev prokurora yazdı

Tarix:

30-09-2019, 12:57

/ 1 091 dəfə oxundu.
Məktəb direktoru Sücaət Mehdiyevə rüşvət İTTİAHAMI - Xıdır Xankişiyev prokurora yazdı

Şəhid S.Abbasov adına Şabanlı kənd orta məktəbində baş alıb gedən özbaşınalıq, rüşvət və yaradılan sünü problemlərə dur deyən yoxdu . Şabanlı kənd orta məktəbində adi hala çevrilən bürokratik əngəllərin, direktor Sücaət Mehdiyev tərəfindən çiçəklənməsi davam edirilir . Cəlilabad rayonu Qasımbəyli kənd sakini Xankişiyev Xıdır Loğman oğlu belə bir iddia ilə BİA.az-ın elektron ünvanına müraciət ünvanlayıb. Cəlilabad rayon icra başçısı Namiq Zeynalovdan və Baş Prokuror Zakir Qaralovdan eləcədə Rayon Prokuroru Tariyel Ələkbərovdan kömək istəyən Xankişiyev Xıdır Loğman oğlunun həmin müraciətini BİA.az olduğu kimi oxuculara təqdim edirir:
Cəlilabad rayon icra başçısı Namiq Zeynalova və Baş Prokuroru cənab Zakir Qaralova
Surəti:
Cəlilabad rayon Prokuroru cənab Tariyel Ələkbərova
Cəlilabad rayonu Qasımbəyli kənd sakini
Xankişiyev Xıdır Loğman oğlu tərəfindən
Ə R İ Z Ə:
Hörmətli icra başçısı, cənab Prokuror!
Bildirirəm ki, Cəlilabad rayonu Şabanlı kənd tam orta məktəbin direktoru Mehdiyev Sücaət Məzahim oğlu əmək qanunvericiliyini kobud şəkildə pozaraq mənim həyat yoldaşım Xankişiyeva İradə Əzim qızının 2019-cu ilin avqust ayına olan əmək haqqını heç bir əsas olmadan dayandırmış və onu işdən azad etmişdir. Qeyd edim ki, Sücaət Mehdiyev həmin vaxt məzuniyyətdə olub. Hər ay ona başqa texniki işçilər kimi mən də aldığımız məvacibin üçdə birini verirdim. Sücaətin rüşvət iştahı bu dəfə daha böyük oldu. Mən razılaşmadım. Elə bu səbəbdən də o əvvəlcə mənə hədə-qorxu gəldi və sonra da həyat yoldaşımı işdən azad etdi. Mən ona istər texniki işçilərdən və istərsə də müəllimlərdən hər ay yığdığı böyük məbləğdə pul, məktəbdən etdiyi digər böyük oğurluqlar (külli miqdarda təmir pullarının və sökülmüş yararlı materialların satılmasından əldə olunan pullar – Yəni məktəb təmir olunarkən, üst örtüyün təqribən 8-10 kub taxta-şalban və reykası və 200 ədədə yaxın şiferi mənimsənilmişdir. Pilus söküntü kimi məktəbdən çıxarılan 47-48 ədəd pəncərə, 20 ədəd qapı yararlı vəziyyətdə olmasına baxmayaraq, hara getdiyi məlum deyil. Bunu da vurğulayım ki, 21 nəfər texniki işçidən 4-5 nəfərdən başqa heç biri işə gəlmir. Təqribən ümumilikdə bu məbləğ 60 min manata yaxındır) barədə yuxarılara məlumat verəcəyimi bildirdim. O isə get kimə istəyirsən de, mən nə bu rayonda, nə də respublikada heç kimi hərləmirəm dedi. Etdiyi oğurluqların əksəriyyəti kollektivin gözü qarşısında olub.
Hörmətli icra başçısı, cənab Prokuror!
Məktəb onsuz da acınacaqlı vəziyyətdədir. Şagirdlərin və müəllimlərin davamiyyəti olduqca aşağı (əlli faizdən də aşağı) səviyyədədir. Sücaəti isə ancaq pul maraqlandırır. Özü də böyük məbləğdə. Bütün müəllimlər və texniki işçilər əlindən bezikib. Sizdən artıq dərəcədə xahiş edirəm ki, onun cinayət əməllərini dəqiq yoxlayıb (çox xahiş edirəm mənim iştirakım ilə) cəzasını verəsiniz və həyat yoldaşım qeyri-qanuni olaraq işdən azad edilmiş Xankişiyeva İradə Əzim qızının öz işinə bərpa edilməsi üçün bizə kömək edəsiniz. Axı biz çox kasıb bir ailəyik. Onun məndən istədiyi çox böyük məbləğdə rüşvəti mən hardan verim, özü də hər ay. Sizə bütün ailəmiz adından qabaqcadan öz minnətdarlığımızı bildiririk
Xankişiyev Xıdır Loğman oğlu
Əlaqə tel: 050-488-21-50
Şəxsiyyət vəsiqəsinin Seria nömrəsi AZE 13861906 24. 09 – 2019.
Redaksiyadan: İnnanırıq ki, Hörmətli icra başçısı Namiq Zeynalov və prokurorluq Şabanlı kənd orta məktəbin direktoru Sücaət Mehdiyevlə bağlı edilən şikayəti dərindən araşdırılacaq və onun bir illik fəaliyyətində yol verdiyi qanunsuzluqlara hüquqi qiymət veriləcək.

Qarşı tərəfidə dinləməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ