SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Qazaxın İcra başçısı Rəcəb Babaşov 100-dən çox ailəni susuz qoyub

Qazaxın İcra başçısı Rəcəb Babaşov 100-dən çox ailəni susuz qoyub

Tarix:

26-09-2019, 19:21

/ 1 541 dəfə oxundu.
Qazaxın İcra başçısı Rəcəb Babaşov 100-dən çox ailəni susuz qoyub

Bu haqda jurnalist Əfqan Sadıqov özünün facebook seifəsində paylaşım edib. Həmin paylaşımı olduğu kimi təqdim edirik.

Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov Canallı kəndinin girəcəyində Yeni Yaşayış Massivində 100-dən çox ailəni susuz qoyub. Bu barədə Azel.tv-yə daxil olan məlumatda bildirilir ki, 10 gündən çoxdu 100-dən çox ailənin yaşadığı Yeni Yaşayış Massivinə su verilmir. Dünən 40-dan çox ailə başçısı Rayon İcra Hakimiyyətində olub. Lakin onları heç kim qəbul etməyib. Sakinlər problemin tezliklə həll olunmayacağı təqdirdə Bakı-Qazax yolunu bağlayacağlarını bildirir. Mövzunu diqqətdə saxlayacağıq.
Əhsən sizin kimi başçılara! Qaldırın insanları ayağa.

Azel.tv

Şərhlər

XƏBƏR LENTİ