XalqXəbər.Az

Şəki sakinləri prezidentə MÜRACİƏT ÜNVANLADI - "...meşə fonduna ciddi ziyan dəyir"

yüklənir...
Şəki sakinləri prezidentə MÜRACİƏT ÜNVANLADI - "...meşə fonduna ciddi ziyan dəyir"
25-09-2019, 18:28
yüklənir...

Şəkinin füsunkar dağ kəndi Baqqalın sakinləri qış aylarında gediş-gəlişi çətinləşdirən yoldan və yanacaq problemindən əziyyət çəkir.

Redaksiyamıza müraciət edən sakinlər deyirlər ki, Baqqal kəndinin 500-dən çox sakini var. Bu kənd Şəki-Qax şose yolundan təxminən 3 kilometr şimalda, dağlar qoynunda yerləşir. Gözəl təbii mənzərəsi, turizm üçün yaxşı imkanları var. Lakin kənddə təbii qazın olmaması və Baqqala aparan yolun bərbad vəziyyəti turizm imkanlarından istifadəni məhdudlaşdırır.
“Şəki-Qax şose yolundan Baqqala qədər təxminən 3 kilometrlik torpaq-çınqıl örtüklü yol var. Payız-qış aylarında bu yolda hərəkət çətinləşir, Baqqaldan şose yola çıxmaq üçün xeyli əziyyət çəkirik. Yol yaxşı olmadığından gəlib-gedənlər də az olur, bu da kəndin turizm imkanlarından istifadəni məhdudlaşdırır. Son illər respublikanın hər yerində, o cümlədən ucqar dağlıq bölgələrdə çoxsaylı kənd yollarının çəkildiyini qürurla izləyirik və xahiş edirik ki, əlaqədar strukturlar Baqqal yoluna da bir əncam çəksinlər”,-kənd sakinlərindən Bilalov Ruzigar deyir.

Kənd sakinləri düşünür ki, ölkə prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva bu problemdən xəbər tutsa Baqqal yolunun abadlaşdırılması üçün müvafiq tapşırıq veriləcək. Çünki son illərdə Şəki rayonunda geniş miqyasda abadlıq işləri görülüb, yeni yollar çəkilib, körpülər tikilib.

“Ölkə rəhbərliyinin Şəki rayonuna diqqət və qayğısından razıyıq, amma ümid edirik ki, Baqqal kəndinin yolu da nəhəyət asfalt üzü görəcək”,-digər sakin Paşa Şəkiliyev deyir.

Kənd sakinlərini narahat edən digər ciddi problem-təbii qazın yoxluğu qış aylarında bir çoxlarını evlərini tərk etməyə məcbur edir. Baxmayaraq ki, magistral qaz kəməri kəndin bir neçə kilometrliyindən keçir və sakinlər xahiş edir ki, Baqqalda qazlaşdırma aparılması tezləşdirilsin. Çünki meşə fonduna ciddi ziyan dəyir, sakinlər qışda evlərini qızdırmaq üçün böyük əziyyət çəkməli olurlar...



yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.