XalqXəbər.Az

"Ucar rayon icra hakimiyyətində aqressiv sözlərlə qarşılanıram..." - Şəhid atası kömək üçün müraciət etdi...

yüklənir...
"Ucar rayon icra hakimiyyətində aqressiv sözlərlə qarşılanıram..." - Şəhid atası kömək üçün müraciət etdi...
21-09-2019, 10:42
yüklənir...

Ucar rayonu Ramal kənd sakini Şəhid atası Fikrət Məmmədov redaksiyamıza ünvanladığı məktubu ürək ağrısıyla paylaşırıq.
80 yaşlı Şəhid atası yazır:

"Mənim oğlum Məmmədov Ehtimat Qarabağ döyüşlərində şəhid olub. Həyat yoldaşı , iki övladı var. Onları mən böyütdüm atasız olmaqlarını hiss edib ,üzülməyə qoymurdum. Çox əziyyətlə , kənd şəraitində oxutdum, təhsil verdim, bu Vətənə layiqli övıad olmaları üçün, atalarının ruhu şad olsun deyə çox əziyyətlərim olub. Hal hazırda şehidin yoldaşı , oğlu ve ailesi bir körpe uşaq iıe menim himayemde İki otaqlı evde yaşayırıq.
Bu günə qədər Torpaqlarımız uğrunda canını qurban edən şəhidin ailəsi - gəlinim və iki övladının həmişə ev problemi olub, hal hazırda kənddə uçuq daxmada şəhid ailəsi oğlu , gəlini yaşayır. Hər yerə müraciət etmişəm, DSMF-yə, Prezdent aparatına dəfələrlə məktublar , teleqramlar vurmuşam , mənim səsimi Möhtərəm prezdentimizə İlham Əliyevə , ölkəmizin birinci xanımı Mehriban xanıma çatmağa imkan vermirlər, və əlavə olaraq müraciət etməyimə yasaq qoyurlar, kimsə qəbul etmir, hətta Ucar rayon icra hakimiyyətində şiddətlərə, aqressiv sözlərlə qarşılanıram. Şəhidlərə icra hakimiyyəti ev paylamır deyə bu yaşda mənə və şəhid ailəsinə qarşı hiddət göstərirlər. Hörmətli media. Bəs mən neyləyim? kimə müraciət edim? Mənim artıq 80 yaşım var, Ya maddi imkanım ya da fiziki gücüm yoxdu ki , Şəhidin ailəsinə ev tikəm.
Dövlətimdən , ölkəmizin mərhəmətli xanımı vitse prezdentimiz Mehriban xanımdan şəhid oğlumun ailəsinə yardım etməyi 80 yaşlı ata kimi xahiş edirəm. Ailəsinin Dövlət himayəsiylə evi olsa Şəhidimin ruhu şad olar, Mən də bu yaşımda atasız ailənin daxmada yaşamasına iztirab çıkmərəm.
Bilirəm ki , dövlət rəhbərimiz hər bir zaman Şəhid ailəsinin qayğısına qalır, xalqını sevən rəhbərimiz sizə böyük hörmət və ehtiramla ümidlərimizə dəstək gözləyirik.
Şəhid atası Məmmədov Fikrət"

//Ria24.az//

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.