XalqXəbər.Az

“Cənab prezident, Qobustan rayonunda ev oğruları sərbəst iş başında, amma polislər…” Vətəndaş polislərdən prezidentə şikayət etdi

yüklənir...
“Cənab prezident, Qobustan rayonunda ev oğruları sərbəst iş başında, amma polislər…” Vətəndaş polislərdən prezidentə şikayət etdi
20-09-2019, 13:55
yüklənir...

Dosye.org saytın elektron ünvanına Qobustan rayonun, Təklə-Mirzəbala kənd sakini Ağayev Akif Abış oğlu tərəfindən şikayət xarakterli məktub daxil olub. Vətəndaş saytımız vasitəsi ilə bir neçə dövlət orqanlarına və ölkə başçısına üzləşdiyi haqsızlıqlarla bağlı şikayət ünvanlayır. Şikayətin mətni ilə sizi tanış edirik:

Əsli – Cənab Prezident İlham Əliyevə,

Surəti – 1-ci vitse-prezident xanım M.Əliyevaya,

Azərbaycan Respublikasının baş prokuroru cənab Z,Qaralova,

Azərbaycan Respublikasının baş naziri cənab N.Məmmədova,

Daxili İşlər naziri cənab V.Eyvazova,

Ombudsman Aparatını sədrinə,

Qobustan rayon İH-nin başçısına,

Qobustan Polis Şöbəsinin rəisinə,

KİV-lərə.

Qobustan rayonun, Təklə-Mirzəbala kənd sakini Ağayev Akif Abış oğlundan

Ə R İ Z Ə

Cənab Prezident, yazıb bildirmək istəyirəm ki, Təklə-Mirzəbala kəndində 5 sot torpaqda tikdiyim evdə ailə üzvüm olan kiçik oğlum Sadiq Ağayev həyat yoldaşıilə yaşayır. Sadiq qonşu Çuxanlı kəndindəki kafedə və yanındakı avtoyuma məntəqəsində işləyir. Mən isə ailəmi dolandırmaq üçün mövsümlə əlaqədar Sabirabad rayonu ərazisində çobanlıq edirəm. Sentyabrın 9-da ( 2019) oğlum Sadiq yaşadığı evdə oğurluq hadisəsi baş vermiş, evdən 634 manat pul, 1 ədəd mis su səhəngi, 4 ədəd xalça oğurlanmışdır. Hadisə barəsində oğlum polisə şikayət vermiş, sentyabrın 17-də də 102 xidmətinə zəng edib polisin işə soyuq yanaşmasından şikayət etmişdir. Bu arada şübhəli şəxs kimi polis Nurlan Dəmirovdan və Ariz Hüseynovdan izahat almışdır. Qalan əsas cinayəti törətməkdə şübhəli bildiyimiz Müslümov Aydın Müseyib oğlu isə hələki polisə gətirmirlər. Lakin Nurlanın anası və atası bizə gəlib xahiş etdilər ki, nəyiniz oğurlanıbsa hamısını biz ödəyərik, təki gedib şikayətinizi polisdən götürəsiniz. Onlar bizdən həm polis şöbəsində, həm də evimizə gəlib yerli bələdiyyə sədri Natiq Babayevin yanında xahiş etdilər. Həm də qeyd etdilər ki, oğulları hadisə vaxtı evdə yox, çöldə olubdur. Eləcə də Arizin atası Hüseynov Pənah da bizə gəlib əvvəlcə şikayəti geri götürməyi xahiş etdi. Biz cavab verdik ki, işi polis araşdırır. Artıq məsləyə polis baxır. Həmin gecə Arizin atası yenidən evimizə gəlib bizə hədə-qorxu gəldi ki, hadisəni özünüz törətmisiniz. Sizi həbs etdirəcəm. Xatırladım ki, Arizin atası Pənah narkotikə görə əvvəl həbs olunmuşdur. Elə oğlu Ariz də 1 il 6 ay müddətinə cinayət məsuliyyətinə cəlb olunmuşdur.

Hadisə günü oğlum kafedə işlərkən müdiri( bələdiyyə sədri N.Babayev) ona zəng etmiş və demişdir ki, qazanc pulu saxla, yopala obyektin sahibinə pul verməliyik. Sadıq cavab vermişdir ki, pulu yığmışam evdədir. Həmin vaxt bu telefon söhbətini kafedı olan Nurlan və Ariz eşitmişlər.Elə bu söhbətdən sonra həmin gün axşam saat 21-də Sadiq, Nurlan və Ariz taksidə gəlib evimizin qabağında düşmüşlər. Sadiq evə gəlib, yoldaşını götürüb və qonşuya keçiblər. 1 saatdan sonra onlar evə qayıtdıqda oğurluğun baş verdiyini görmüşlər.

İşi aparan Qobustan polisi Habilin işi açmaması bizi çox şübhələndirmişdir. Qeyd edim ki, son 2 ildə kəndimizdə 20-yə yaxın evdə oğurlular olmuş, lakin heç biri də açılmamışdır. Hazırda polisin əsas oğrunu işə cəlb etməməsinə görə hesab edirik ki, bu oğurluq da digəriləri kimi açılmayacaq. Ona görə də evlərində oğurluqlar olmuş bütün kənd sakinləri və qohumları hamısı polisin bacarıqsızlığından çox narazıdırlar və hətta istəyirlər ki, etiraz olaraq Qobustan-Şamaxı avtomobil yolunun Acıdərə hissəsini 30 dəqiqəlik kəssinlər.

Polis Şöbəsində işlərin gedişi və oğrunun atası Pənahın sonradan polis şöbəsindən gəlib məni evdə arxayın hədləməsi onu deməyə əsas verir ki, bu iş açılmayacaq.cinayətkarlar tapılmayacaq. Ona görə də çoxhörmətli yeni nazir Vilayət Eyvazovdan xahişişim budur ki, Qobustan polisindəki vəziyyəti nəzarətinə götürsün və bizim şikayətimizi Şamaxı rayon Polis Şöbəsində baxılmasına göstəriş versin. Ailəmiz ümid edir ki, bu oğurluq işi yalnız cənab nazirin şəxsi nəzarətində olsa üzdə olan əsil oğrular tutula bilər.

Şikayət ərzəsində adı hallanan polis əməkdaşlarının və digər şəxslərinv mövqeyini dərc etməyə hazırıq.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.