SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Şəki Rayon Mərkəzi Xəstəxanasında nələr baş verir?- Prezidentə müraciət

Şəki Rayon Mərkəzi Xəstəxanasında nələr baş verir?- Prezidentə müraciət

Tarix:

19-09-2019, 13:10

/ 1 877 dəfə oxundu.
Şəki Rayon Mərkəzi Xəstəxanasında nələr baş verir?- Prezidentə müraciət

Korrupsiya və Cəmiyyət” yurnalının Baş redaktoru,həmkarımız Məmməd Əhmədoğlu san 3-4 ay ərzində valideynlərini, tanınmış pedaqoqlar Simuzər Məmmədovanı və Əhməd Həmidovu itirdi.Əzizlərinin heç də uzun çəkməyən xəstəlikləri dövründə Məmməd Əhmədoğlu Şəki rayon Mərkəzi Xəstəxanasında üzləşdiyi haqsızlıəqlar və müşahidə etdiyi bir sıra neqativ hallarla bağlı ölkə başçısı,Prezident İlham Əliyevə müraciət ünvanlayıb. Sözügedən müraciəti olduğu kimi oxuculara təqdim edirik:

Cənab Prezident! Müstəqil mətbuatda çalışdığım dövrdə həmişə əsas vaxtımı ictimai və dövlət əhəmiyyətli məsələlərin araşdırılmasına həsr etmişəm. Əsasən irimiqyaslı korrupsiya və qanun pozuntusu hallarının vaxtında qarşısının alınması üçün apardığım araşdırmaları ictimaiyyətə və aidiyyatı orqanlara təqdim etmiş, beləliklə də müstəqil dövlətimizə qarşı bütün sahələrdə planlaşdırılan iqtisadi sabotajların qarşısını nisbətən almağa çalışmışam. Güman edirəm ki, buna qismən də olsa nail omuşam. Lakin çox təəssüflər olsun ki, cəmiyyətdə yaxşı müəllimlər kimi ad almış, 2004-cü ildə Təhsil naziri olmuş M.Mərdanov tərəfindən NAzirliyin “Fəxri Fərmanı”ilə təqdim olunmuş, həyatları boyu ictimai fəaliyyətlə məşğul olmuş, ehtiyacı olanlara mənəvi köməkliklər göstərmiş, həyatlarının birlikdə 106 ilini gənc nəslin təlim-tərbiyəsinə həsr etmiş valideynlərim Simuzər Məmmədova və Əhməd Həmidovu son 3 ay ərzində həkim savadsızlığı və səhlənkarlığı ucbatından itirmişəm. Hazırda mən ardıcıl baş vermiş valideyn itkilərinin acısını yaşayır və hələ də özümə gələ bilmirəm. Axı biz dünyanın harasında yaşayırıq ki, anamın ağır nəfəs almasını, tövşüməsini Şəki Mərkəzi Xəstəxanasının kardioloqu Əflatun həkim “İnfarkt” diaqnozu qoyaraq onu reanimasiya şöbəsində səhv müalicə edir? Əvvəlcə mayın 17-də özünü pis hiss edərək Əflatun həkimin qəbuluna gətirildiyi zaman həkim vicdansızcasına ona 7 növ ağrıkəsici aptekdən alınıb vurulmasını və gətirildiyi taksi ilə kəndə aparılmasını bildirmişdir. Həmin günün axşamı anamın vəziyyəti yenidən pisləşdiyinə görə onu təcili yardımla Şəki Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirmişlər. Yenidən Əflatun həkimin, reanimasiya şöbəsinin müdir və həkimlərinin səhv qoyduqları infarkt diaqnozu üzrə müalicə aparıblar.( bütün dərmanlar öz hesabımıza alınırdı) Müalicənin heç bir xeyri olmadı. Çünki adi həkim səviyyəsi olsaydı xəstənin fasiləsiz tövşüməsini nəzərə alaraq rengen müayinəsi etdirərdilər. Səhv müalicədən sonra xəstəni Respublika Klinik Xəstəxanasına gətirdik. Həkim Sevil Abbasova bildirdi ki, xəstə səhv müalicə olunub, tamoqrafiya göstərdi ki, hər iki ağciyərə su yığılıb və kiçik damarlarda tromblaşma var. Onun ürəyində infark olmayıb.” Lakin artıq gec idi 1 həftə əsas xəstəliyə- ağ ciyərdə plevritə qarşı antibiotik dərmanlardan istifadə etmək əvəzinə, ürəyə qarşı müalicə dərmanları xəstənin vəziyyətini ağırlaşdırmış və 7-ci gün xəstə komaya girmiş və 25 may 2019-cu ildə vəfat etmişdir. Eləcə də atam Əhməd Həmidov 21 avqustda təzyiqi qalxmış, qonşuların ilkin tibbi yardımından sonra vəziyyəti stabilləşmişdir. Sonradan Şəki RMX-dan gələn tibbi yardım avtomobilinə özü yeriyərək minib xəstəxanasına yola düşmüşdür. Iki sutka reanimasiya şöbəsində müalicə almışdır. Yenə də həkimin yazdığı bütün şpris və dərmanları özümüz alıb tib bacısına təqdim etmişik. Lakin Eyyub həkimin dediyi kimi xəstənin tərpənməsinə və danişmasına imkan verməmək üçün ona sakitləşdirici və yuxugətirən iynələr vurulmalıdır məsləhətinə baxmayraq reanimasiya şöbəsində vəziyyəti xəstəxanada hər saat ağırlaşan xəstəyə heç bir sakitləşdirici iynə-dərman verilməmişdir. Biz iki oğul da Şəkinin bütün apteklərindən axtarsaq da belə sakitləşdirici və yuxugətirən iynələri tapa bilməmişik. Adının çəkilməsini istəməyən tibb işçisi bizə bildirmişdir ki, siz belə iynəni apteklərdən tapa bilməzsiniz. O elə xəstəxananın özündə olur. Mən mayın 23-də Xəstəxanın baş həkimin müavini olan Knyaz həkimlə danışıb İcra hakimiyyətinə və yenidən Səhiyyə Nazirliyinə dərman bazarlığı barədə şikayət edəcəyimi bildirdim. Knyaz həkim əvvəlcə məsələyə saymazcasına yanaşsa da, fikrimin qəti olduğunu bilib Sərxan həkimə zəng edəcəyini və lazım olan iynənin atamız üçün təşkil olunacağını bildirdi. Saaat 12 radələrində nəhayət 2 sutka qollları və qıçları bağlı vəziyyətdə saxlanan, baş ağrısının şiddətindən fasiləsiz qışqıran xəstəyə nəhayət sakitləşdirici iynə vurub yatızdırdılar. 9 saatdan sonra isə atamız qəfil rəhmətə getdi. Rəhmətlik yaşına görə sağlam adam idi. 2 gün əvvəl beyin tamoqrafiyasının nəticələrinə əsasən də həkimlər bildirmişlər ki, insult olmasa da beyində ocaqarın sayı nisbətən artmışdır. Sakit vəziyyətdə müalicə olunarsa 3-4 günə bərpa oluna bilər. Bu da nəticə.

Mən qardaşımla Bakıdan Şəki Xəstəxanasına çatanadək atamızın baş-beyin hissəsinin MRT aparatında müayinə ediblər. MRT qurtardıqdan sonra isə xəstəni girov saxlayıblar ki, 50 manat pul ödənilməsə heç yerə gedə bilməzsiniz. Yaxşı ki, əmioğlum Mehmanda təsadüfən bu qədər pul olub. Verib xəstəni girovluqdan azad edib reanimasiyaya yerləşdiriblər. Biz xəstənin yanına çatdıqda isə o narahat formada sərbəst danışırdı. Lakin vəziyyəti həmin gecə qəfil pisləşmiş və səhərə qədər digər xəstələrə də mane olaraq palatada gəzməyə başlamışdır. Əgər Şəki Mərkəzi Xəstəxanasının rəhbəri Azərbaycanın digər xəstəxanalarında olduğu kimi ən vacib yer hesab olunan reanimasiya şöbəsini heç olmasa ən vacib və ən sadə dərman preparatları ilə təchiz etsəydi, istər ağır, istərsə də adi vəziyyətdə bu şöbəyə yerləşdirilən xəstələrin də müalicəsi effektli olardı. Lakin çox təəssüflər olsun ki, son illər reanimasiyaya daxil olan xəstələrin 70-80 faizi ən vacib dərmanla təcili təmin edilmədiyinə görə şüurlu surətdə məhv edilirlər. Statistikaya diqqət yetirmək kifayət edər ki, ən müasir tipli Şəki Rayon Xəstəxanasında xəstələrin heç birinə heç bircə şpris belə verilmir. Mən, mayın 23-də səhər saat 11-20-də baş həkimin müavini Sərxan həkimin qəbulunda olarkən sual verdim ki, niyə reanimasiya şöbəsində bizə bir gündə 2 eyni resept yazılır və ən adı şpiris və rezin şlanqlar da daxil edilir. Doğrudanmı müasir xəstəxana belə acınacaqlı duruma düşmüşdür? Cavab verdi ki, gələn ildən səhiyyə sistemi sığorta ödənişli olacaq. Ona görə də dövlət hesabına dərman təchizatı dayandırılır. Amma biz baş həkim müavinini nağıllarına xəstə atamıza görə məcbur qulaq asmaq zorunda qalsaq da, xahiş etdik ki, təcili tələb olunan dərman verilsin. O razılıq versə də, artıq gec idi. Xəstə, Eyyub həkimin də dediyi kimi tərpənməz halda müalicə olunmaq əvəzinə, sakitləşdirici dərman verilməmiş, nəticədə müalicənin təsiri olmamış, əksinə nisbətən sağlam vəziyyətdə xəstəxanaya gətirilmiş xəstənin durumu ağırlaşmışdır. Budr, avqustun 27-də Şəkinin Keşməli kəndində toy mərasimində 70 nəfər zəhərləndiyi üçün xəstələr Şəki Mərkəzi Xəstəxanasına müraciət etmişdir. Yenə də eyni oyun, eyni hava. İstər reanimasiya, istərsə də digər palatalarda yatan xəstələrə öz hesablarına dərmanlar alıb gətirmələri tövsiyə olunmuşdir. Deməli, belə çıxır ki. kimin dərman almağa pulu olmasa xəstəsi ölməlidir. Və çox təəssüfləndici haldır ki, belə də olur və davam edir. Dərman almağa pul tapmayan kasıblar öz əzizlərini göz görə görə itirir və ömür boyu vicdan əzabı çəkirlər. Əslində isə vicdan əzabını 05 may 2018-ci ildə Şəki Mərkəzi Xəstəxanasına təyin olunmuş baş həkim Elçin Əmirov çəkməlidir. Əgər varsa.

Cumhuriyyet.net saytının 18 iyul 2019-cu il tarixli saytında “Şəkidə səhiyyə korrupsiyası” başlıqlı araşdırma məqaləsində Şəki səhiyyəsində törədilən korrupsiya hallarının 25 faizi faktlara əsasən çox düzgün olaraq qeyd edilmişdir:

“Şəkinin səhiyyə sisteminin bərbad durumda olması barədə müxtəlif faktlar təqdim olunmaqdadır. Qeyd edək ki, saytımızda biz artıq Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) fəaliyyətində yer almış müxtəlif neqativ hallardan bəhs edən bir neçə tənqidi material dərc etmişik. Bu xüsusda aldığımız məlumatlarda ilk növbədə Şəki RMX-nın baş həkimi Elçin Əmirovun törətdiyi çeşidli korrupsiya hallarından bəhs edilir. Bildirilir ki, baş həkim bir çox kənd sahə xəstəxanalarına və həkim məntəqələtinə öz yaxın adamlarını rəhbər təyin etməklə, onların əli iləayrılan vəsaitlərin silinməsinə və bir çox şəxslərin adlarının həmin tibb ocaqlarında getməsinə şərait yaradıb. Daha sonra, açıqlamalarda rayonun səhiyyə sistemindəən çox saxtakarlığa yol verilən sahələrdən birinin tibb müəssisələrinə dərmanların alınmasında şişirdilmiş qiymətlər olduğu göstərilir. Həmçinin məlumatlarda qeyd olunur ki, Şəki RMX-da Səhiyyə Nazirliyinin xəstələrin ərzaq və dərman preparatları ilə təminatlarına dair verdiyi təlimatlar kobud şəkildə pozulur. Hətta vərəm və şəkərli diabet xəstələri belə pulsuz dərmanla təmin olunmurlar. Yalnız bir neçə adda ucuz və az effektli həb preparatları xəstələrə pulsuz verilir. Halbuki, bu ehtiyaclar üçün dövlət tərəfindən hər il külli-miqdarda xəsait ayrılır. Bunun müqabilində isə, əhaliyə göstərilməli olan pulsuz xidmətlər demək olar ki, formal xarakter daşıyır.
Baş verənlərlə bağlı cumhuriyyet.az-a daxil olan məlumatda bildirilir ki, Şəki rayon mərkəzi xəstəxanasında baş həkimin əsas yardımçıları onun müavinləri Sərxan və Knyaz həkimdir. Əsas pul mənbəyi isə UZİ kabinetində toplanır ki, bu prosesə də Esmira Cəlilova rəhbərlik edir. Digər tərəfdən də, bir müddət əvvəl Şəkidən aldığımız məlumatlarda Elçin Əmirov rayon səhiyyəsinə ayrılan külli-miqdarda dövlət vəsaitlərinin də mənimsənilməsində ittiham olunurdu: “Şəki səhiyyəsinə ayrılan vəsaitlərin silinməsinə nəzər yetirdikdə, əslində yarasız kənd sahə xətəxanalarının və tibb məntəqələrinin hesabına hər il yüz minlərlə manat vəsaitlərin silinərək mənimsənildiyi üzə çıxır. Son bir ildəŞəki Rayon Mərkəzi Xəstəxanasına 1,3 milyon manatdan çox vəsait ayrılıb. Həmin vəsaitin böyük hissəsi əsaslı və cari təmir işləri, avadanlıq və inventarların, ərzaq mallarının alınması, mətbəə xidmətləri və digər xərclər bəhanəsilə mənimsənilib. Sənədlərdə təkcə bir ildə Şəki Rayon Mərkəzi Xəstəxanasının nə az, nəçox, tam 105 min manatlıq dəftərxana ləvəzimatları işlətməsi qeyd olunub. Kəndlərdə tibb ocaqları uçuq-sökük daxmalardan ibarət olan Şəki Rayon Mərkəzi Xəstəxanasının bir ildə yüz min manatdan artıq dəftərxana ləvazimatının işlətməsi doğurdan gülünc görününr və bu, açıq korrupsiya faktı kimi dəyərləndirilə bilər…” Yeri gəlmişkən, bu günlərdə redaksiyamıza yeni daxil olmuş açıqlamalarda, bütün bu maxinasiyalarda Elçin Əmorovun arxasında duran əsas şəxsin Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdiri Zərinə Cavadova olduğu iddia olunur. Mənbə bildirir ki, məhz RİH-nin şöbə müdirinin himayəsinə güvənərək, bəzən isə hətta birbaşa onun göstərişlərinəəsaslanaraq, Şəki RMX-nın baş həkimi bütün bu özbaşınalıqlara yol verir. Qeyd olunduğu kimi, bu gün Şəki rayonunda iki korpusda rayon Mərkəzi Xəstəxanası, Doğum evi, Birləşmiş uşaq xəstəxanası, Psixatriya xəstəxanası, Ağ ciyər xəstəlikləri xəstəxanası, 7 poliklinik şöbə və poliklinika, 3 kənd sahə xəstəxanası, 15 kənd həkim məntəqəsi fəaliyyət göstərir. Mənbələr isə iddia edirlər ki, bütün bu səhiyyə müəssisələrində “ölü canlar” təcrübəsinin tətbiqi, dərman spekulyasiyaları, rüşvət yığımları və bir çox digər qanun pozuntuları davamlı olaraq həyata keçirilməkdədir…”

Müəllif: Musayev Vüqar Rəcəb oğlu,

Biz də əlavə olaraq bildirmək istəyirik ki, Baş həkimin müavini Sərxanın dediyinin əksinə olaraq bildirirk ki, dərman inhisarçısı olan “Avromed”in rəhbəri deputat Cavanşir Feyziyevin “tenderlərin qalibi” olması nəticəsində Səhiyyə Nazirliyinin bütün müəssisələrinə hər ayın 18-də dövlət büdcəsinə hesabına dərmanla təchiz edilir.Baha qiymətlərə istər dövlət müəssisələrinə, istərə də sadə vətəndaşlara sırınan keyfiyyətsiz dərmanlardan qazanılmış pulların bir hissəsini cənab C.Feyziyevin onu “Avromed” çörəyini təşkil edən sabiq səhiyyə naziri olmuş Əli İnsanova hansı Avropa ölkəsi vasitəsilə ötürdüyünü, onları bir birilə hansı tellər bağladığını və bu “dost”luğun indi də davam etməsini MTN-dən fərqli olaraq biz yaxşı bilirik.

Məsələn, təkcə Şəki rayonu xəstəxanaları üçün illik 1.3 milyon manatlıq dərman verilməsi nəzərdə tutulmuşdur. Xəstəxanalara ayrılan dərmanlar isə həkimlərin özlərinin açdıqları Şəki və kəndlərdəki apteklərdə satılmaqdadır. Əksər yerli apteklərdə dərmanların alınması barədə müqavilə və “nakladnoy” sənədləri demək olar ki, formal xarakter daşıyır. Və bu onlara sərf etmir də. Lakin xəstəxanaya verilmiş mayası olmayan dərmanları realizə etməklə onlar qazancdan əlavə hətta faiz də götürürlər.

Keçən ili məlumatlı mənbə bildirir ki, Şəki Mərkəzi Xəstəxanasına ümumilikdə 105 boş vakant yeri olmuşdur. Və hər bir vakant yerin də öz qiyməti var. Məsələn, həkim olmaq istəyən 10-15000 manat, tibb bacısı üçün 5-6000 manat, təcili yardım sürücü üçün 6000 manat, sanitarka, bufetçi və digət texniki işlər üçünsə 3500 manat ödəmək lazımdır. Doğrudur, rəhbərliyin çox ziyana getməməsi üçün bu vakant yerlərə etibar olunan adamların adları formal yazılaraq maaşları kart vasitəsilə “kara kassa” vəzifəsini icra edən tərəfindən vaxtı-vaxtında götürülür. Xatırladaq ki, 2019-cu ilin martın 5-də baş həkim iki tibb bacısı və 3 nəfər xadiməni nahar vaxtı 11 saniyəlik videorolikə çəkildiyinə görə qanunsuz olaraq işdən qovmuş və vakant satışa çıxarılan yerlərin sayın daha 5 yer əlavə etmişdir.

Baş həkim E.Əmirov təyin olunduğu vaxtdan digər kənd və qəsəbələrdə yerləşən doğum şöbələrinin qapısına qıfıl vurdurmağı əmr etmişdir. Guya doğuş zamanı uşaq ölümlərinin sayını azaltmaq məqsədilə bu addım atılıb. Əslində isə kənd Həkim Məntəqələrində doğulan hər bir uşağa görə aylıq haqqını ala bilmədiyinə görə bu iş mərkəzləşdirilmiş formada həyata keçirilir. Mərkəzi Xəstəxananın doğum evi şöbəsində anadan olan hər bir uşağın qiyməti ( “xəstəxana xərci”) 350 manatdır. Kim bu qiymətə şübhəilə yanaşırsa, son aylarda övladı olanların evlərinə gedib uşağın xəstəxanadan çıxma xərcini öyrənə bilər. Adi bir göz əməliiyatının qiyməti 600 manatdır. 3-4 dəqiqəlik UZİ müayinəsi 6 manatdır. Hər hansı həkimin qəbulu 10 manatdır. Cərrahi əməliyyatların da qiyməti mürəkkəblik dərəcəsinə görə dəyişir. Şəki MRX-sı sanki özəl xəstəxanadır.

Əvvəlki baş həkim Azad Novruzov 2018-ci ilin aprelində niyə işdən çıxarıldı?

Hər dəfə olduğu kimi xəstəxananın doğum şöbəsində növbəti ölüm hadisəsi baş verir. Lakin bu ölüm hadisəsinə görə hətta səhiyyə naziri işə qarışmalı olur. Məlum olur ki, hadisə zamanı Baş nazirin müavini olmuş cənab Abid Şərifovun yaxın qohumu rəhmətə gedib. Və nazir dərhal da Azad həkimə “öz xahişi” ilə ərizəsini yazmağı əmr edir. Deməli, adi halda sadə insanların əzizləri məhv olsa da xəstəxanada heç kim məsuliyyət daşımırmış.

Niyə Mərkəzi Hərbi Klinik Hospitalın sıravi həkimi olan zabit Elçin Əmirov Şəki Mərkəzi Xəstəxanasına baş həkim təyin edldi?

Elçin Əmirov vaxtilə Şəkidə doğulub boya başa çatsa da son təyinatına qədər Bakı şəhərində işləmişdir. Atası Oktay həkim uzun müddət Şəkidə tanınmış diş həkimi omuş və rayonda imkanlı şəxslərdən biri hesab olunurdu. Və məhz cənab A.Şərifovun Şəki Mərkəzi Xəstəxanasında baş verən özbaşnalığa kəskin reaksiya göstərməsi nəticəsində E.Əmirov vürsətdən maksimum faydalanmışdır. Lakin cənab A.Şərifovun reaksiyasına baxmayaraq Şəki Mərkəzi Xəstəxanasında baş verən irimiqyaslı korrupsiya halları və həkim səhlənkarlığı indi daha intensiv və daha aqressiv xarakter almışdır.

Cənab president! Məlumat üçün bildirmək istəyirəm ki, 2008-ci ildə Şəki Mərkəzi Xəstəxanasında baş vermiş özbaşnalıqlarla bağlı redaksiyamıza ünvanlanmış reanimasiya şöbəsinin kollektiv müraciətini Səhiyyə Nazirliyi səviyyəsində müzakirə olunaraq qiymət verilməsini xahiş etmişdik. Və qaldırdığımız məsələ Səhiyyə Nazirliyndə ciddi araşdırıldıqdan sonra İcra başçısı Nazim İbrahimovun qohumu olan baş həkim Qafaraov tutduğu vəzifədən azad edilmişdir. Cənab nazir O.Şərəliyev Şəki Mərkəzi Xəstəxanasında baş verənləri şəxsi nəzarətində saxlamış, vəziyyətin ciddiliyini nəzərə alaraq bu müəssisəyə yaxın dostu və güvəndiyi ziyalı Seyran həkimi ( əslən Saatlı rayonundan olan) təyin etməyə məcbur olmuşdur. 2008-2011-ci ilədək olan dövr ərzində RMX-nın baş həkimi olan Seyran həkimin sadə insanlara qarşı göstərdiyi yüksək mədəniyyət, hümanistlik və insanpərvərlik bu gün də hər bir şəklinin qəlbində əbədi xatirə olaraq yaşayacaqdır. Çünki onun dövründə dərmanlar bütün şöbələrə pulsuz verilir və xəstələr də normal müalicə alırdılar. Həkimlər xəstələrdən pul tələb etməyə utanırdılar. Baş həkim öz xidməti otağında olan soyuducu və sərinlədicinin urologiya şöbəsinə yerləşdirməyi də göstəriş vermişdir. Bunun səbəbini soruşduqda cavab vermişdir ki, mən sağlam adamam birtəhər keçinə bilərəm, amma xəstələrə çox vacibdir. Şəkililə bu gün də qeyd edirlər ki, rəhmətlik Seyran həkim kimi baş həkim Şəki səhiyyə tarixində olmayıb və olmayacaqdır.

Cənab Prezident! Sizin 2008-ci ilin sentyabrın 19-da president seçki öncəsi Şəkiyə gəlişiniz vaxtı Şəki rayon mərkəzi xəstəxananın yeni korpusunun təməlqoyma mərasimində iştirak etmiş və binövrəyə qoyduğunuz gilz kapsula beton da tökmüşdünüz. Lakin çox təssüflər olsun ki, 1 həftə sonra xəstəxana tikintisinə səfərbər olunmuş bütün materiallar sökülərək sahiblərinə qaytarılmışdır. Dünya Bankının, Ümümdünya Səhiyyə Təşkilatının və Nazirlər Kabinetinin birlikdə pilot layihə kimi ayırdığı 15 milyon manat pulu isə sabiq icra başçısı Nazim İbrahimov mənimsədiyinə görə, aradan keçən 1 il 3 ay ərzində nəzərdə tutulan yerdə heç bir tikininti işi getməmişdir. Biz məsələni yerində araşdırdıqdan sonra icra başçısının pulları mənimsədiyi üzə çıxmış və “Mühakimə” qəzetinin 29 oktyabr 2009-cu il tarixli, 41-ci sayında “Başçı prezidenti necə aldatdı?” başlıqlı məqalə ilə çıxış etmiş və qəzetlərin bir nüsxəsini də Moskva şəhərinə, cənab Araz Ağalarova göndərmişdik. Bu məqalədən sonra sabiq başçı N.İbrahimova Şəki mərkəzi xəstəxanasının tikilməsi üçün 3 ay vaxt verilmişdir. Doğrudan da hadisələrin sonrakı inkişafı göstərdi ki, 2010-cu ilin aprelin 1-ə Şəki MRX-sı tikilib başa çatmış və 21 aprel 2010-cu il tarixində Sizin sərəncamınız əsasında N.İbrahimov vəzifəsindən azad edilmişdir. Aldığımız məlumatlara görə həmin dövrdə N.İbrahimov xəstəxana tikintisi üçün rayonda vəzifəli şəsxləri məcbur etmişdir ki, vəzifədə qalmalarını istəyirlərsə gedib Beynəlxalq Bankın Şəki filialından kredit götürüb versinlər binanın tikintisinə. Yazıq vəzifə sahibləri də 2014-2015-ci ilədək banka kredit ödəməklə məşğul oldular. “Qaloş” ləqəbli baş memar Yusif Abdurahmanov isə hər gün səhər tezdən obyektlərinə çıxarış almaq istəyən sahibkarların yanına gedib xahiş edirmiş ki, 2000 manatlıq başçının sərəncamı üçün 500 manat ver, obyektinin sənədləşməsinə kömək edək. Eləcə də yığdığı pulları dərhal xəstəxanaya tikinti materialları alması üçün göndərirdi.

Cənab Prezident! Budur, həmin zamandan inşa edilmiş müasir tipli rayon mərkəzi xəstəxanasında əziz xəstələrimizə görə əvvəlcə dərimizi soydular, xəstəmizi MRT kabinetində girov götürdülər, səhv müalicə edib valideynlərimizin ölümünə səbəb oldular. Sonda isə heç hüzürümüzə də gəlib sadəcə üzürxahlıq belə etmədilər. Təki Vətən yaşasın! Biz də söz veririk ki, Şəki ərazisində baş verən, vəzifəsindən asılı olamayaraq dövləti cinayət törətmiş və törətməkdə davam edən məmurların korrupsiya əməllərini ictimaiyyətin diqqətinə çatdıraq. Yoxsa, istər səhiyyədə, təhsildə, mədəniyyətdə və s. yerlərdə sadə insanlarımızın vicdansız ünsürlərin qanusuz hərəkətlərinə görə dövlətdən narazılıqlarının qarşısı alınmaz ola bilər.

Çoxhörmətli cənab prezidentdən və nazir Oktay Şirəliyevdən xahiş edirəm ki, son 6 ildə Şəki rayon Mərkəzi Xəstəxanasında baş verən maliyyə və digər qanunpozuntularının araşdılılmasına və günahkarların tezliklə müəyyənləşdirilərək əməllərinə hüqiqi qiymətin verilməsinə göstəriş verəsinz ki, digər sadə insanlar əzizlərini bizim kimi itirməsinlər. Əvvəlcədən minnətdarlığımı bildirirəm.

Aktualinfo.org

Şərhlər

XƏBƏR LENTİ