SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Ağcabədi rayonu Üzeyir Hacıbəylinin anadan olmasının 134 illiyini böyük təntənə ilə qeyd edir

Ağcabədi rayonu Üzeyir Hacıbəylinin anadan olmasının 134 illiyini böyük təntənə ilə qeyd edir

Tarix:

18-09-2019, 13:25

/ 1 578 dəfə oxundu.
Ağcabədi rayonu Üzeyir Hacıbəylinin anadan olmasının 134 illiyini böyük təntənə ilə qeyd edir

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin 06.09.2019-cu il tarixli, 247 saylı əmrini əsas tutaraq Ağcabədi Regional Mədəniyyət İdarəsinin təşkilatçılğı ilə Regional İdarəni əhatə edən bütün mədəniyyət müəssisələrində, “Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı” nın keçirilməsi tədbirləri həyata keçirilir. 06 sentyabr 2019-cu il tarixdən başlayaraq dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 134 illiyini böyük təntənə ilə qeyd edən rayon ictimaiyyəti böyük sevinc hissi yaşayır.

17.09.2019-cu il tarixdə saat 10:00-da rayon ictimaiyyəti Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində Üzeyir Hacıbəylinin abidəsi önünə gül-çiçək dəstələri qoymuş daha sonra dahi bəstəkarın əsərlərindən ibarət böyük konsert proqramını maraqla izəlmişlər.

Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrində “Üzeyir Hacıbəyli günləri” sentyabr ayının sonunadək dəvam edəcəkdir.



Şərhlər

XƏBƏR LENTİ