SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » 18 Sentyabr – “Milli Musiqi Günü” münasibətilə Ağcabədi Şəhər Uşaq İncəsənət məktəbində tədbir keçirilmişdir

18 Sentyabr – “Milli Musiqi Günü” münasibətilə Ağcabədi Şəhər Uşaq İncəsənət məktəbində tədbir keçirilmişdir

Tarix:

18-09-2019, 13:20

/ 948 dəfə oxundu.
18 Sentyabr – “Milli Musiqi Günü” münasibətilə Ağcabədi Şəhər Uşaq İncəsənət məktəbində tədbir keçirilmişdir

17 Sentyabr, 2019-cu il tarixdə Milli Musiqi Günü münasibəti ilə Ağcabədi Şəhər Uşaq İncəsənət məktəbində tədbir keçirilmişdir. Tədbir saat 10-00 – da başlamışdır. Tədbir iştirakçıları ilk öncə İncəsənət məktəbinin qarşısında yerləşən Üzeyir bəyin abidəsinin qarşısına tər çiçəklər düzərək dahi bəstəkarın xatirəsini yad etmişlər. Tədbirdə çıxış edən Ağcabədi Regional Mədəniyyət İradəsinin rəisi Rza Quliyev Üzeyir musiqisinin, Üzeyir sənətinin ucalığından, bu musiqinin humanist bəşəri ideyalara xidmətindən, bəstəkarın yaradıcılığının ölməzliyindən geniş söz açaraq 18 Sentyabr - “Milli Musiqi Günü” münasibətilə tədbir iştirakçılarını təbrik etmişlər. Tədbirin musiqili bədii hissəsinə başlayan İncəsənət məktəbinin birləşmiş rəqs kollektivləri “Arşın mal alan” liberettosundan və “O olmasın, bu olsun” musiqili komediyasından baxımlı, maraqlı rəqs nömrələri ilə tamaşaçıların sürətli alqışlarını qazanmışlar. Bundan başqa İncəsənət məktəbinin səs müəllimlərinin ifasında bəstəkarın romans və mahnılarını səsləndirmişlər. Maraqlı və məzmunlu keçən konsert proqramı 2 saat davam etmişdir.




Şərhlər

XƏBƏR LENTİ