XalqXəbər.Az

Ziyalılar şəhid adına məktəbin direktoru Sücaət Mehtiyevin saxtakarlığndan yazdı - MÜRACİƏT

yüklənir...
Ziyalılar şəhid adına məktəbin direktoru Sücaət Mehtiyevin saxtakarlığndan yazdı - MÜRACİƏT
18-09-2019, 10:57
yüklənir...

Şəhid S.Abbasov adına Şabanlı kənd orta məktəbində baş alıb gedən özbaşınalıq və yaradılan sünü problemlər bitmək bilmir. Dərs bölgüsü zamanı yol verilən saxtakarlıqlar, dərs saatlarını açıq bazara çevrilməsi, müəllimlərdən aylıq pul yığılması, şagird davamiyyəti olmayan məktəbdə qazanc naminə rüşvətlə yeni siniflərin açılması, məktəb invertarlarının mebel yerlərinə ucuz qiymətə satılması, Şabanlı kənd orta məktəbində adi hala çevrilib yazan kənd ziyalıları Kainat.tv-yə müraciət ünvanlayıb. Prezident və Birinci Vitse-Prezidentdən, eləcədə digər ali dövlət orqanlarının rəhbərindən kömək istəyən Şabanlı kənd ziyalılarının həmin müraciətin olduğu kimi oxuculara təqdim edirik:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Surəti:Azərbaycan Respublikasının I Vitse-Prezidenti Mehriban xanım Əliyevaya

Surəti:Korrupsiyaya və Rüşvətxorluğa qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Kamran Əliyevə

Surəti: Respublika DİN-nin Mütəşəkkil Cinayətkatlığa qarşı Mübarizə Baş İdarəsinin rəisinə

Surəti:Təhsil Naziri cənab Ceyhun Bayramova

Surəti:Cəlilabad RİH-nin Başçısı cənab Namiq Zeynalova

Surəti:Cəlilabad rayon prokuroru cənab Tariyel Ələkbərova

Surəti:Cəlilabad Rayon Təhsil Şöbəsinin müdiri Qərənfil xanım Əhmədovaya

MÜRACİƏT:

"Çox hörmətli möhtərəm Prezident Sizin və Mehriban xanımın sosial sahələrə o cümlədən Təhsil sahəsinə göstərdiyiniz çox böyük diqqət və qayğı göz qabağındadır. Buna görə Sizə və Mehriban xanıma bütün Şabanlı camaatı adından hədsiz minnətdarıq. Lakin Sizin göstərdiyiniz bu əvəzsiz qaygıdan sui-istifadə edib dövlətin və xalqın malını mənimsəyən, onu dədə malı kimi yeyən. əslində insanlıqdan kənar düşmüş tör-töküntülər də aramızda var ki, onlar da sıxışdırılıb aradan çıxarılmalıdır. Onlardan biri də Şabanlı kənd tam orta məktəbin direktoru Sücaət Mehdiyevdir. Musavat Partiyasının üzvü, onun fəallarından və uzun müddət Şabanlıda dayaq məntəqəsinin sədri olub. Hal-hazırda da gizlin şəkildə onlara xidmət edir.Tabeliyində olan bir neçə nəfəri, vəzifəsindən sui-istifadə edərək işdən çıxarmaqla qorxudaraq Bakıdakı mitinqlərdə iştirak etdirir. Sücaət bəy məktəbdən elədiyi oğurluqlar hesabına onları maliyələşdirir və Bakıya aparmaq üçün yol xərci edir.

Bu il Şabanlı kənd tam orta məktəbi təmir olundu. 48 pəncərə 20 qapı, 10 kub üstünün materialı (taxta, şalban, reykə), 200-ə yaxın şifir söküldü. Sücaət bəy öz yırtıcı xislətinə sadiq qalaraq onları sataraq 15 min manatdan yuxarı oğurluq pul əldə etdi və bunların bir hissəsini də Bakıda gedən mitinqlərə apardığı özü kimi səviyyəsiz adamlara xərclədi (onu da qeyd edək ki, o məktəbdəki materialları satarkən bacısı oğlu Yusubov İlkinin QAZ-53 maşını ilə daşıyaraq ondan istifadə edib). Əfsuslar olsun ki bu qədər materialın yoxa çıxmasını bir nəfər olsun belə ondan soruşan olmadı. O bunlarla kifayətlənməyib məktəbdə təmir işi aparan tikinti şirkəti ilə ( bu işə çox böyük məbləğdə, təqribən istifadə olunandan 7-8 dəfə çox pul ayrılmışdı) cinayət əlaqəsinə girərək külli miqdarda dövlət vəsaitini mənimsədi. Baxıb yoxlayan da yoxdu. Hələ bunlar azmış kimi məktəbə gətirilən inventarların böyük bir qismini öz evinə aparıb şəxsi malı kimi istifadə edir (xüsusilə məktəb mebelləri, stol və stulları). Məktəb isə köhnə inventarların umuduna qalıb. Təzə gətirilən inventarları şirkətlə cinayət əlaqəsinə girərək mövcud bazar qiymətindən on dəfələrlə baha yazaraq pulları mənimsəyiblər. Bir nəfər də olsun gözün üstə qaşın var deyən yoxdu. Sanki dərəbəylikdi.

Məktəbin kompüterlərindən ikisini satıb. Bu hesabdan uşaqlar kompüter biliklərə yiyələnə bilmirlər. Yoxlansa tam aydın olar.Hələ sadalanmayan bir çox oğurluqlar da var. Dərs bölgüsü zamanı yol verilən saxtakarlıqlar, dərsləri açıq bazara çıxararaq satmaq, müəllimlərdən aylıq pul yığılması, özü də çox böyük miqdarda adi hala çevrilib. Yazıq texniki işçilərin günləri qaradan da qaradı. İşdən qovmaqla hədələyib pullarının böyük bir qismini əllərindən tutub alır. Sücaət bəy vaxtilə psixi pozğunluqdan əziyyət çəkərək beyin pozğunluğuna görə xəstəxana şəraitində uzun müddətə müalicə alıb və bütün kənd bunu bilir. Hal-hazırda da bu xəstəliyə görə gizlin şəkildə müalicə olunur. Mütəxəssisə göstərsəniz elə baxan kimi bu xəstəliyin əlamətlərini görəcək. Danışığındakı və davranışındakı qeyri müəyyənlik və qeyri adilik bunun sübutudur. Elə işçilər də bu xəstəlikdən ehtiyatlanıb ona qarşı çıxmırlar və pulları da rahat verirlər. Uşaqlar onu gördükdə tir-tir əsir. Bir neçəsi ürəkdən gedib və həkimə aparıblar. Bu il hazırlığa gedəcək uşaqların hər birinin valideynindən altı manatdan pul yığır. Əks halda məktəbə götürməməklə hədələyir.Təəssüflər olsun ki, cənab Prezident rayon rəhbərliyində də bu azğın xəstə cinayətkarın elədiyi talanlar barədə məlumatlar var.

Əfsuslar olsun ki Təhsil Şöbəsində bu oğrunu uzun illər Cəlilabad təhsilinə qənim kəsilmiş, onu soyub talayıb yaman günə qoymuş hal-hazırda RTŞ-də müavin işləyən Hafiz Cavadov müdafiə edir. Nədənsə ciddi tədbir görən yoxdur. Çox təəssüflər olsun ki inzibati orqanlar da ağızlarına su alıb susublar.Elə bilirik ki, bu böyük cinayətkarın cinayət məsuliyyətinə alınmasının vaxtı çatıb. Belələri nəinki çiçəklənən dövlətçiliyimizə, hətta insanlığa ləkədir. Sizdən biz kənd camaatı, ziyalılar və ağsaqqallar böyük ümidlə xahiş edirik ki, kəndimizi bu böyük ləkədən təmizləyəsiniz və bu böyük cinayətkar, külli miqdarda dövlət əmlakını mənimsəyən qanun qarşısında öz layiqli cəzasını alsın. Ən azından bu ləkədən əziyyət çəkən o körpə balalar bu bəladan xilas olacaq. Sizə qabaqcadan o körpə balalar adından biz kənd əhalisi minnətdarlığımızı bildiririk."

Çox böyük ümidlə: Cəlilabad rayonu Şabanlı kəndinin ağsaqqalları və ziyalıları.

Redaksiyadan: İnanırıq ki, Cəlilabad rayonu Şabanlı kəndinin ağsaqqalları və ziyalıları müraciətinə baxılacaq və Şabanlı kənd orta bəktəbinin direktoru qəlbində Əli Kərimli və İsa Qəmbər sevgisini daşıyan Sücaət Mehdiyevin saxtakarlıqla dolu fəaliyyətinə hüquqi qiymət veriləcək!
Qarşı tərfidə dinləməyə hazırıq

Kainat.tv

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.