SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Göyçayda polis aztəminatlı ailələrin uşaqlarına hədiyyələr təqdim edib

Göyçayda polis aztəminatlı ailələrin uşaqlarına hədiyyələr təqdim edib

Tarix:

12-09-2019, 11:25

/ 1 102 dəfə oxundu.
Göyçayda polis aztəminatlı ailələrin uşaqlarına hədiyyələr təqdim edib

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Göyçay
Rayon Polis Şöbəsinin əməkdaşları rayonda yaşayan aztəminatlı ailələrdən bir neçəsinin evinə baş çəkiblər. Yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq həmin
ailələrin məktəbə gedən övladlarını təbrik edib, azyaşlılara geyim, çanta, gündəlikdərs ləvazimatları hədiyyə ediblər. Onların vətənə layiq, sədaqətli övlad kimi
böyümələrini arzulayıblar. Bu tədbir uşaqlar tərəfindən də böyük sevincləqarşılanıb, onlar da dərs ilini əla qiymətlərlə başa vuracaqlarına söz veriblər.
Valideynlər isə Göyçay Rayon Polis Şöbəsinin rəhbərliyinə və əməkdaşlarına onlara göstərdikləri diqqət və qayğıya, köməkliyə görə, öz minnətdarlıqlarını bildiriblər.

Şərhlər

XƏBƏR LENTİ