XalqXəbər.Az

Gədəbəydə iki vəzifə sahibi niyə həbs olunur?

yüklənir...
Gədəbəydə iki vəzifə sahibi niyə həbs olunur?
9-09-2019, 17:36
yüklənir...

Gədəbəydə bəzi vəzifə sahiblərinin daşıdıqları vəzifələrinə arxayın olaraq minbir hoqqalardan çıxmaları, hətta daşıdıqları vəzifələrindən sui-istifadə etmələri və s. deyəsən adi hala çevirilib.

Belə ki, adının çəkilməsini istəmədiyimiz mənbənin GundemXeber.Az-a bildirdiyinə görə, təqribən bir ay bundan öncə rayonun qaz istismarı sahəsinin rəisi Maarif müəllim və Sukanal İdarəsinin rəisi Yaşar Hüseynov sərxoş olub nəqliyyat vasitələrini idarə etdiklərindən, onlar yol polisi əməkdaşları tərəfindən saxlanılaraq həbs olunurlar. Bu yöndə hər kəs məlumatlı olur və rəhbər vəzifə sahibi olan hər iki şəxsin hansı səbəbdən həbs olunmaları, hətta RİH-də keçirilən şura iclasında da müzakirəyə çıxarılır. Məsələnin düşündürücü tərəfi o olur ki, icra başçısı vəzifə sahiblərinə qarşı müəyyən addımlarını atsa da, son anda “qarşıdurma” “sülh sazişi”nin imzalanması ilə nəticələnir. Yəni, adı çəkilən bu şəxslər sağ və sol ciblərinə, hətta ehtiyat günləri üçün xəlvəti ünvanlarda saxladıqları pullara etdikləri “müdaxilə”lərdən sonra, sahib olduqları vəzifələrində qala bilirlər. Elə ki, hər iki vəzifə sahibi daşıdıqları vəzifələrinə ola biləcək “təhlükə”dən sovuşurlar, o halda onlar heyflərini sakinlərdən çıxmağa qərar verirlər. Məsələn, adının çəkilməsini istəmədiyimiz mənbənin verdiyi məlumata görə, çox keçmir ki, Qaz İstismarı Sahəsinin və Sukanal İdarəsinin rəisləri yerli sakinlərin “dədə-babadan qalma” borclarını qaldırırlar, onları minbir “oyuna salıb”, son anda sakinlərdən 600 manat əldə edə bilirlər ki, boşalmış “xəzinə”lərini doldura bilsinlər. İndi baş verənlər təhlil edək və gəldiyimiz qənaəti də bir-birimizlə bölüşək. Vəzifə sahibi olanlar kef çəkir, zülmü də imkansızlar çəkir.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.