SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » YENİ AZƏRBAYCAN PARTİYASININ NÜMAYƏNDƏ HEYƏTİ AĞCABƏDİD “N” SAYLI HƏRBİ HİSSƏNİN ƏSGƏRLƏRİ İLƏ GÖRÜŞMÜŞDÜR

YENİ AZƏRBAYCAN PARTİYASININ NÜMAYƏNDƏ HEYƏTİ AĞCABƏDİD “N” SAYLI HƏRBİ HİSSƏNİN ƏSGƏRLƏRİ İLƏ GÖRÜŞMÜŞDÜR

Tarix:

8-09-2019, 23:47

/ 1 881 dəfə oxundu.
YENİ AZƏRBAYCAN PARTİYASININ NÜMAYƏNDƏ HEYƏTİ AĞCABƏDİD “N” SAYLI HƏRBİ HİSSƏNİN ƏSGƏRLƏRİ İLƏ GÖRÜŞMÜŞDÜR

Yeni Azərbaycan Partiyasının yüksək səviyyəli nümayəndə heyəti Ağcabədi rayonunda “N” saylı hərbi hissədə olmuş, əsgər və zabitlərlə görüşmüşdür.

Əsgər və zabitləri salamlayan​ YAP sədrinin müavini-icra katibi Əli ​ Əhmədov bildirmişdir ki, Silahlı Qüvvələrimiz Azərbaycan cəmiyyətinin tərkib hissəsidir. Ordumuz son illər xeyli qüvvətlənmiş, onun maddi-texniki bazası möhkəmlənmişdir. Bu, ilk növbədə Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin milli ordumuza göstərdiyi yüksək diqqət və qayğının bəhrəsidir. Dövlətimizin başçısı bir neçə dəfə cəbhə bölgəsində əsgər və zabitlərlə görüşmüş, onların sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı mühüm qərarlar qəbul etmişdir.

Nümayəndə heyəti daha sonra hərbi hissənin yeməkxanasına baş çəkmiş, burada hazırlanmış yeməklərin keyfiyyətindən razı qalmışlar. Onlar hərbçilərin məişət şəraiti ilə tanış olmuşlar. Hissədə əsgər və zabitlər üçün yaradılmış yüksək şərait razılıq doğurmuşdur.

Əsgərlərlə söhbət edən nümayəndə heyətinin üzvləri onların qayğıları ilə maraqlanmış, xatirə şəkli çəkdirmişlər.​

YAP sədrinin müavini-icra katibi Əli Əhmədov bildirmişdir ki, hazırda dinamik sürətlə inkişaf edən Azərbaycanda bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da böyük irəliləyişlər vardır. Azərbaycan ordusu bu gün regionun ən güclü ordusu hesab olunur. Dövlətimizin başçısı Silahlı Qüvvələrimizə daim yüksək diqqət və qayğı göstərir. Bizimlə düşmən mövqedə olan Ermənistanda isə vəziyyət olduqca acınacaqlıdır.

Nümayəndə heyətinin üzvləri belə bir fikri əminliklə bildirmişlər ki, əsgərlərimiz olduqca gümrahdırlar, qətiyyətlidirlər. Onlar işğal altında olan torpaqlarımızı Ali Baş Komandanın əmri ilə istənilən vaxtı azad etməyə qadirdirlər.

YAP nümayəndə heyətinin üzvləri əsgər və zabitlərlə görüşdən xoş təəssüratla ayrılmışlar.




Şərhlər

XƏBƏR LENTİ