SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Əhməd Muxtarov Balıqçı sakinləri ilə görüşdü - FOTOLAR

Əhməd Muxtarov Balıqçı sakinləri ilə görüşdü - FOTOLAR

Tarix:

6-09-2019, 16:33

/ 1 151 dəfə oxundu.
Əhməd Muxtarov Balıqçı sakinləri ilə görüşdü - FOTOLAR

Bu gün Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov növbəti səyyar-qəbul görüşünü Hacıqabul rayonu Balıqçı qəsəbəsinin sakinləri ilə keçirib.

Səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət şöbələrinin və xidmət idarələrinin rəhbərləri iştirak ediblər qəbul zamanı qəsəbə sakinləri vətəndaş müraciətlərinə baxılması, narahatlıq yaradan problemlərin həlli ilə bağlı görülən tədbirləri yüksək qiymətləndirdiklərini və ölkə Prezidentinin apardığı siyasəti, böyük uğurla həyata keçirdiyi sosial islahatları ürəkdən bəyəndiklərini diqqətə çatdırıblar.

Qəsəbə sakinləri tərəfindən razılıqla qarşılanan səyyar qəbulda səsləndirilən problemli məsələlərə aydınlıq gətirilib, həlli vaxt tələb edən təkliflərlə bağlı izahat işi aparılıb və aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.

Səyyar qəbulu yekunlaşdıran İcra başçısı rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində ölkə prezidentinin davamlı diqqəti ilə həyata keçirilən sosial layihələrdən, aparılan quruculuq-abadlıq işlərindən geniş bəhs edərək bu işlərin bundan sonra da davam edəcəyini vurğulamış və qaldırılan məsələlərlə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib.



Şərhlər

XƏBƏR LENTİ