SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » İmişlidə Dövlət Bayraqı Cırılıb Baxan Yoxdu

İmişlidə Dövlət Bayraqı Cırılıb Baxan Yoxdu

Tarix:

5-09-2019, 22:17

/ 1 163 dəfə oxundu.
İmişlidə Dövlət Bayraqı Cırılıb Baxan Yoxdu

İmişli rayonunda Azərbaycan bayrağına məsulyətsizlik və hörmətsizlik hökm sürür. Belə ki,Bayraq meydanında yüksələn Azərbaycan bayrağı bərbad haldadır.

Dövlət atributlarımızdan ən ümdəsi olan üçrəngli Azərbaycan bayrağına hörmətsizlik edən İmişli rayon İcra başcısı kimə və nəyə güvənir..?

Nəzərinizə çatdıraq ki,Vilyam Hacıyev Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənabları tərəfindən böyük diqqətə layiq görülmüş icra başçıları sırasındadır. O, yaxın keçmişdə birinci dərəcəli ” Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur.
İndi bu addımı ilə prezidentin ona etibar etdiyi rayonun mərkəzində dalğalanan bayrağa bu cür hörmətsizliyi necə başa düşək?!

Bayraq hər bir Azərbaycan vətandaşının and yeridir. Neçə-neçə şəhidin büründüyü kəfəndir bayraq. O baraq uğrunda neçə igidin qanı axıb.İmişlidə baş alıb gedən zibillikləri başa düşdük. Redaksiyamıza dəfələrlə göndərilən məmur özbaşnalığı ilə əlaqədar şikayətləri də. Bəs bayrağın vəziyyətinə nə ad verək???

Xatırladaq ki, Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Azərbaycan Respublikasının Qanununda bayraqla davranış qaydaları müəyyən olunub.
Qanunda qeyd olunur ki, Azərbaycan Respublikasının vətəndaşları, habelə Azərbaycan Respublikasının ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Dövlət bayrağına hörmətlə yanaşmalıdırlar.

XəbərAl.az



Şərhlər

XƏBƏR LENTİ