SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Onun kadrları iş başındadır... - GİLEY

Onun kadrları iş başındadır... - GİLEY

Tarix:

5-09-2019, 10:36

/ 1 205 dəfə oxundu.
Onun kadrları iş başındadır... - GİLEY

Redaksiyamıza müraciət edən Şamaxı sakini rayonun keçmiş icra başçısı, hazırda Beyləqan RİH-ə rəhbərlik edən Asif Ağayevin kadrlarından giley edir və yeni icra başçısından kömək istəyir. DİA.AZ narazı vətəndaşın müraciətini olduğu kimi təqdim edir:

"Mən Toğrul Salahov YAP-nin fəyal üzvülərindən biriyəm,Azərbaycan Respublikasının İdman ustasıyam,Gənc sahibkarlardanda biriyəm.Hörmətli Prezidetimiz İlham Əliyev Cənabları dəfələrlə iclaslarda məmurları hədələyərək bildirirki məmur özbaşınalığına və rüşvətxorluğa son qoyun,yerlərdə vətəndaşlara yuxarıdan aşağı baxmayın.Bununla yanaşı Cənab Prezidentimiz onuda bildirirki yerlərdən mənə məlumatlar verilsin,məmur özbaşınalığından.Məndə bir ictimayi fəyal olaraq həmişə Prezidentimizin yanındayam gördüyüm neqativ hərəkətlərin hamısı barədə məlumat yazmağı özümə borc bilirəm.Şamaxı rasyon göylər kənd İcra Nümayəndəsi Səfərov Səməd və onun müavini Məhmərzayev Fariz hec elə bilki Azərbaycanda yaşamırlar,Azərbaycan Respublikasının qanunları cərcivəsində hərəkət etmirlər,öz qanunlarıyla işləyirlər.Misal ücün ölkəmizdə Nigah Şəadətnaməsinin qiyməti 5manat,1 mantda bank rüsumu olduğu halda 12 min əhalisi olan bir kəndə bu məmurlar 30-40-50 manat pul alırlar,bununla bağlı lazım gələrsə faktlarda var şahidlərdə var.Sakinlərə arayişidə satırlar,Dövlət tərəfindən ayırılan əkin supsudiyasında yazarkən hər bir vətəndaşdan 3 manat pul almasalar yazmırlar.Kəndimiz ücündə hec bir iş görməyiblər bu necə ilərdə.Həmin adamlar nə qədər əmək haqı alırlarki Bakıdada mənzil ala biliblər,evladlarına və kürəkənlərinə Bahalı maşınlar ala biliblər.Bunların Əmək haqlarını bir il müdıtindı yığsan həmin aftomabilərin ancaq təkər və disqisin almaq olar.İcra Nümayəndəsi qanunla qadağan olsada sahibkarlıq fəyaliyyətiylədə məşğul olur.Bu insanlar ancaq pulu işlərə baxırlar,kəndin qayğısına qalmırlar,kəndin hər yeri zibilik icindədir,həta qəbirsanlıqlar qalıb zibil icərisində,hər gün evləırinə gedib gəldikdə bərbad vəziyyətə düşmüş 1941-1945 ci il Döyüşcülərinin və qarabağ şəhidlərimizin xatirəsinə uzaldılmış abidənidə görürlər,pul gözlərin nə qədər örtübsə o abidənidə görməzdən gedirlər baxmırlar.Kəndimizdə Təhsil ocaqlarındada nə su var nə də ki uşaq və müllimlər üçün ayaqyolları.... Bu məmurlar yığdıqları pulardan bu işləri görmək əvəzinə özlərinə şərait yaradırlar".

Qarşı tərəfi də dinləməyə hazırıq...

Şərhlər

XƏBƏR LENTİ