SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » YAP Sabirabad rayon təşkilatından xalqxeber.az-a açıqlama

YAP Sabirabad rayon təşkilatından xalqxeber.az-a açıqlama

Tarix:

2-09-2019, 12:06

/ 1 620 dəfə oxundu.
YAP Sabirabad rayon təşkilatından xalqxeber.az-a açıqlama

Bir sıra elektron informasiya vasitələrində Sabirabad rayonu Şəhriyar kənd sakini Yeni Azərbaycan Partiyasının üzvü Əhədov Abuzər Fərrux oğlunun müraciəti yayılıb. Müraciətdə A.Əhədov rayona yeni təyin edilmiş İcra Hakimiyyətinin başçısı S.Cabbarov haqqında əsassız iddialar səsləndirib.
Məlum edirik ki, S.Cabbarov icra başçısı təyin olunduğu ilk günlərdən yerlərdə keçirdiyi səyyar görüşlərdə əhalinin çoxsaylı müraciətləri əsasında respublika əhəmiyyətli Hacıqabul-Sabirabad magistral avtomobil yolunun Şəhriyar kəndinindən keçən hissəsində yol kənarında bir sıra iaşə obyektlərində əxlaqsızlıq yuvalarınn fəaliyyətinə qadağa qoymuşdur. Bununla bağlı YAP rayon təşkilatına yerlərdən onlarla minnətdarlıq və razlıq məktubları daxil olmuşdur.
Abuzər Əhədov isə yaşadığı kənddə həmin əxlaqsızlıq yuvalarını saxlayan bir qrup obyekt sahibini başına yığıb İcra başçısının qəbulunda olub, onların vergi ödəyiciləri olduğunu əsas gətirərək həmin iaşə obyetlərinin fəaliyyətinə icazə verilməsini bildirib. Aldıqları cavab isə konkret olub, belə şərəfsizlik yolverilməzdir.
72 yaşlı Abuzər Əhədov indi çığır-bağır salaraq icra başçısına şər-böhtan atır, onun ictimai nüfuzuna xələl gətirməyə cəhd göstərir. Bu səbəblərdən Yeni Azərbaycan Partiyasının üzvü A.Əhədov Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatına dəvət olunaraq onunla geniş söhbət aparılmışdır. Partiya Nizamnaməsini pozduğuna görə ona axırıncı xəbərdarlıq edilərək nəzərinə çatdırılmışdır ki, bir daha belə mənəviyyatsızlığa və digər yaramaz hərəkətlərə yol verməsin.

YAP Sabirabad rayon
təşkilatının mətbuat xidməti

xalqxeber.az

Şərhlər

XƏBƏR LENTİ