SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Səfər Mehdiyev Masallı görüşündə arxa qapıdan qaçdı – Skandal

Səfər Mehdiyev Masallı görüşündə arxa qapıdan qaçdı – Skandal

Tarix:

31-08-2019, 12:29

/ 912 dəfə oxundu.
Səfər Mehdiyev Masallı görüşündə arxa qapıdan qaçdı – Skandal

Avqustun 29-da Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyevin Masallıda sahibkarlarla görüşü skandala səbəb olub.

Reportyor.info-ya məlumat verən iş adamlarının sözlərinə görə, rayondakı Heydər Əliyev Mərkəzində təşkil olunan qəbulda izdiham müşahidə edilib. S.Mehdiyev xeyli sayda sahibkarın növbəyə dayanaraq onunla görüşmək istəməsinə görə qəbulu yarımçıq qoyub. Masallıda cəmi 4 iş adamı onun qəbuluna düşə bilib və komitə sədri arxa qapıdan aradan çıxıb. Onlarla şikayətçi isə DGK sədri ilə görüş tələb etsə də, qəbulun yarımçıq dayandırılmasının səbəbi məsul şəxslər tərəfindən heç bir əsasla izah verilməyib. Sahibkarların ədə etdiyi məlumatda deyilir ki, S.Mehdiyev onun üçün Masallıda təşkil olunan ziyafətdən də narazı qalıb. Bu tədbirin təşkilatçılığının Bakı şəhər Baş Gömrük İdarəsində çalışan, Masallıda iş adamı Xudayar bəyin oğluna həvalə edildiyi bildirilir.

Lakin onun açdığı süfrədən narazılıq etmiş gömrük rəisi möhkəm qəzəblənib və rayonu tərk edib. Sahibkarların isə üzləşdiyi problemlərlə bağlı S.Mehdiyevə danışmaq arzusu ürəklərində qalıb.

Şərhlər

XƏBƏR LENTİ