SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Ağstafada narkotik tərkibli bitki məhv edildi

Ağstafada narkotik tərkibli bitki məhv edildi

Tarix:

30-08-2019, 18:07

/ 983 dəfə oxundu.
Ağstafada narkotik tərkibli bitki məhv edildi

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun Qarayazı qəsəbəsi ərazisində yabanı halda bitmiş, ümumi çəkisi 3150 kiloqram olan, hər birinin hündürlüyü 160-220 sm olan 4500 ədəd narkotik xassəli çətənə kolları aşkar olunub. Həmin narkotik tərkibli bitkilər kökündən çıxarılıb, yandırılaraq məhv edilib.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.


Şərhlər

XƏBƏR LENTİ