SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Göyçaylılar prezident aparatının qarşısına yürüş edəcək

Göyçaylılar prezident aparatının qarşısına yürüş edəcək

Tarix:

30-08-2019, 13:10

/ 1 201 dəfə oxundu.
Göyçaylılar prezident aparatının qarşısına yürüş edəcək

Hefteaz.info xəbər verir ki, Göyçay rayon Yalman kənd sakinləri bu gün kənd icra nümayəndəliyinin qarşısında etiraz aksiyası keçiriblər. Etiraz aksyasına səbəb, kənd yoluna asfalt örtüyünün, rabitə sisteminin və təbii qazın olmaması ilə bağlı idi. Aksiya iştirakçıları bildirdilər ki, 1294 nəfər əhalisi olan Yalman kəndi elə bil ibtia-icma qurluşunda yaşayır.

Çünki, kənddə müasir dövrə cavab verən heç bir asfalt örtüyünün olmaması və Rabitə sistemi lə təmin olunmayıb. Bu barədə dəfələrlə əlaqədar təşkilatlara şikayət etdiklərini bildirən aksiya iştirakçıları onu da əlavə etdilər ki dövlət başçısısna və 1-ci vitse prezidentə yazılı surətdə müraciət hazırlayıblar. Aksiya iştirakçıları qeyd etdilər ki, əgər onların bu müraciətinə dövlət başçısı da reaksiya verməsə, məcburdular ki, prezident aparatının qarşısında etiraz aksiyası keçirsinlər.
[media=http://www.m.youtube.com/watch?v=38Fq18u7cAc]




Şərhlər

XƏBƏR LENTİ