SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Əhməd Muxtarov tələbələrlə görüşdü - FOTO

Əhməd Muxtarov tələbələrlə görüşdü - FOTO

Tarix:

29-08-2019, 17:23

/ 970 dəfə oxundu.
Əhməd Muxtarov tələbələrlə görüşdü - FOTO

Hacıqabul Rayon İcra hakimiyyətinin başçısı Əhməd Muxtarov görüşdə çıxış edərək tələbə adını qazanan gəncləri təbrik etmiş, onlara təhsildə və gələcək həyatda uğurlar arzulamış, yüksək bilikli mütəxəssis kimi yetişməyi və Vətənə ləyaqətlə xidmət göstərməyi tövsiyə edib.

Ölkəmizdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən söz açan rayon rəhbəri vurğulamışdır ki, Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilə və onun inkişafına dair böyük diqqət yetirib.

Ölkə başçısı cənab İlham Əliyev də bu ənənələrə sadiq qalaraq təhsilin inkişafını həmişə diqqətdə saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirir.

Tədbirdə çıxış edən təhsil şöbəsinin müdiri Şükür Məmmədov ali məktəblərə sənəd verən məzunların 65,1 %-nin ali məktəblərə qəbul olunmasını, respublika səviyyəsində yüksək nəticə kimi qiymətləndirildiyini qeyd etmişdir. Digər çıxış edənlər - rayon Gənclər və İdman İdarəsinin rəisi Saleh Ələsgərov, YAP Hacıqabul rayon təşkilatının Gənclər Birliyinin sədri Firdovsi İbrahimov və digərləri çıxışlarında tələbə adını qazanmış gəncləri təbrik etmiş, onlara təhsillərində uğurlar arzulamış, ölkəmizdə təhsilin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə və təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Tədbirdə 654 bal toplayaraq Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının hüquq fakültəsinə qəbul olunmuş Jalə Cəlalova, valideyn Ruhəngiz Səfərova və digərləri çıxış edərək ölkəmizdə təhsilə göstərilən qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirdilər.

Sonda tədbir iştirakçıları xatirə şəkilləri çəkdiriblər.




Şərhlər

XƏBƏR LENTİ