SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Tovuzda polis əməkdaşı qanunu deyil, qanunsuzluğu müdafiə edib –ŞOK OLAY

Tovuzda polis əməkdaşı qanunu deyil, qanunsuzluğu müdafiə edib –ŞOK OLAY

Tarix:

29-08-2019, 11:56

/ 1 039 dəfə oxundu.
Tovuzda polis əməkdaşı qanunu deyil, qanunsuzluğu müdafiə edib –ŞOK OLAY

​Dünən Gundemxeber.az saytının elektron poçtuna Tovuz rayonu, Qovlar şəhər sakini Əhmədov Vaqif Qasım oğlu tərəfindən müraciət daxil olub.

Adı çəkilən şəxs redaksiyamıza ünvanladığı müraciətində üz-üzə qaldığı problemlərin varlığından bəhs edərək onu qeyd edir ki,​ “Ali Məhkəmənin​ 07 mart 2017-cı il tarixli 2(102)-124 saylı ​ qərarına əsasən, Gəncə Apellyasiya Məhkəməsi​ çıxarılmış qərarın icra edilməsi üçün, icra sənədlərini Tovuz Rayon İcra və Probasiya şöbəsinə göndərir. Çıxarılmış qərarda “Həyətyanı torpaq sahəsinin boşaldılması və tikinti materiallarından təmizlənməsi” tələbi qoyulur. Bununla bağlı Tovuz Rayon İcra və Probasiya şöbəsi, Tovuz RPŞ-ə rəsmi məktub da ünvanlayır. Məktubda qeyd olunur: ”İcra sənədinin icrasını təmin etmək məqsədilə icra işi təyin edilmişdir. Buna baxmayaraq, icra zamanı tərəflər arasında mübahisənin yaranması, tərəflərdən​ hansınınsa xəsarət alması və s. ehtimalı olduğu üçün,​ icra sənədinin icrası zamanı polis əməkdaşlarının iştirak etməsi zəruridir”.​

​​ ​ Qərarı icra etmək üçün 3-cü dəfə, yəni 23 avqust 2019-cu il tarixdə Tovuz Rayon ​ İcra və Probasiya şöbəsinin iki nəfər əməkdaşı ilə bərabər, Tovuz RPŞ Qovlar polis bölməsinin​ sahə müvəkkili Paşa Rzayev ərazidəki torpaq sahəsində olsalar da, cavabdeh Abbasov Elfaq Bayram oğlu və onun qardaşı​torpaq sahəsini könüllü boşaltmaq istəmədilər. Buna əsas səbəb,​ sahə müvəkkili ilə aramızda baş vermiş mübahisədən əlavə, Paşa Rzayevin Tovuz Rayon İcra və Probasiya şöbəsinin RPŞ-ə ünvanladığı​ məktuba, Ali Məhkəmənin çıxarmış olduğu qərara, bir sözlə icra xidmətinin yerinə yetirilməsi üçün lazımi​ sənədlərin varlığına məhəl qoymadan, bu işi görmək üçün məndən əlavə sənəd tələb etməsi oldu. O halda ona bildirdim ki, Ali Məhkəmənin qərarı və lazımi icra sənədləri​ icra məmurlarındadır.

​ ​ ​Mübahisənin sonunda ​ Paşa Rzayevə Ali Məhkəmənin qərarını və DƏDRX-dən verilmiş sənədi təqdim etdim. O, məndən torpaq sahəsinin enini və uzununu ona göstərməyimi də tələb etdi. Cavabında bildirdim ki, dəfələrlə DƏDRX-nin əməkdaşları və icra məmurları torpaq sahəsinin sərhədlərini müəyyən ediblər.

​ ​ ​ Az sonra o,​ məni məcbur etdi ki, torpaq sahəsinin sərhədlərini də ona göstərim. Məcburiyət qarşısında qalıb bir daha sənədləri ona təqdim etdim. Sahə müvəkkili torpaq sahəsinin artıq olduğunu,​ mənim​ Qovlar bələdiyyəsinə aid bir neçə kv.m torpaq sahəsini heç bir əsas olmadan zəbt etdiyimi​əsas deyərək, barəmdə cinayət işi açdıracağını da dilə gətirdi. Mən onun bütün tələblərini yerinə yetirib əsəblərimi cilovlaya bildim. Sahə müvəkkilinin barəmdə cinayət işi açdıracağı ilə məni hədələməsi isə, səbrimi daha da coşdurdu. Mənim ona sənin bu haqda səlahiyətin yoxdur deməyim, sahə müvəkkilini daha da aqresivləşdirdi. O, üstümə qışqıraraq kim olduğunu mənə göstərəcəyini deməsi, mənim daha da əsəbləşməyimə səbəb oldu. Sahə müvəkkilinə təkrar olaraq​sən mənə heç nə edə bilməyəcəksən, çünki sən səlahiyət sahibi deyilsən deməyim, Paşa Rzayevin daha da aqressivləşməsi ilə nəticələndi.

​ ​ ​ ​ ​Daxili işlər orqanında çalışan belə bir polis əməkdaşının etik davranış qaydaları haqqında Kodeksin müddəlarından xəbərsiz olması onu söyləməyə əsas verir ki, ​ bu cür polis əməkdaşları öz əməlləri ilə daxili işlər orqanı adına ləkə gətirməkdədirlər. Ona görə də, əslində bu cür əməl sahiblərinə polis sıralarında yer olmamalıdır.

​ ​ ​ ​Hadisənin iştirakçılları olan cavabdeh və onun qardaşı belə bir vəziyyətdən ruhlanıb hücum etdilər və mənə bədən xəsarəti də yetirdilər. Hal-hazırda 61 yaşımın içindəyəm, ona görə də onlara qarşı fiziki müqavimət göstərə bilmədim. Sahə müvəkkili də heç bir tədbir görmədi və bir kəlmə olsun belə, heçnə danışmadan hərəkətsiz dayandı. Yaxşı ki, iki nəfər icra məmuru orada idi və əgər onlar orada olmasaydılar, o halda​ ölüm hadisəsi də baş verə bilərdi. Sahə müvəkkilinin üçüncü dəfə 15 dəqiqə davam edən mübahisəyə heç bir reaksiya verməməsi, yəni açıq-aşkar şəkildə kənarda durub gülümsəməsii, məndə iki versiyanın əmələ gəlməsinə səbəb oldu.

1. Sahə müvəkkilinin cavabdehlərdən​ müəyyən məbləğdə rüşvət alıb onları müdafiə etməsi,

2. Sahə müvəkkilinin hədsiz dərəcədə sərxoş vəziyətdə olub belə bir hərəkətləri etməsi.

​ ​ ​ ​Digər tərəfdən, polis əməkdaşına yaraşmayan söyüşlər söyməsi,​ ən azından bu iki variantdan heç olmazsa birinin düz olduğunu təsdiq etmiş olur. Bu məsələ barədə DİN-i cənab Vilayət Eyvazova müraciət ünvanlayacağam ki, adı çəkilən polis əməkdaşı ilə bağlı lazımi tədbirini görsün.

​ ​ ​2012-ci ildən bugünə kimi məhkəmə prosesinin yekunlaşmaması, dəfələrlə Qovlar şəhər sakini 80 yaşlı Quluyeva Tamam Ədil qızı (dünyasını dəyişib) tərəfindən şərlənməyim, böhtanla üz-üzə qalmağım kimi hadisələr olmuşdur. Mən 2013-cü ildə torpaq sahəsinin boşaldılması tələbi ilə Tovuz Rayon Məhkəməsinə müraciət etdikdən sonra o, öz üz-gözünü, paltarlarını cırdı və guya ki, mənim onu döydüyümü, ona əxlaqsızlıq əməlləri təklif etdiyimi iddia edərək, mənim bağlı polisə şikayət etmişdi. Araşdırma zamanı məlum oldu​ ki, (mən həmin vaxtlarda Bakı şəhərində işləyirdim) mən Bakı şəhərində işdə olmuşam və sübut olundu ki, belə bir iddia şər və böhtandan başqa bir şey deyil.

​ ​ ​ ​ ​İkinci dəfə də o, oxşar addımını ataraq guya mən onu saat 21 radələrində Qovlar Dəmir Yolu Stansiyasında döymüşəm. O, bu haqqda da Tovuz RPŞ-nə ərizə ilə müraciət etsə də, RPŞ-i ərizəni icraata qəbul etmir. Səbəb də, Qovlar Dəmir Yolu Stansiyası ərazisinin onlara aid olmaması olur. Belə olan halda o, barəmdə Ağstafa Dəmir Yolu Polisinə şikayət ərizəsi ilə müraciət etsə də, araşdırma zamanı bəlli olur ki, həmin vaxt sərnişin qatarının gəlib-getmə vaxtı olur. Yəni, stansiyada çoxlu sayda sərnişin, növbətçi polis əməkdaşları, stansiya növbətçisi, ​ kassirlər olur. Belə bir hadisədən heç kimin xəbəri olmayır. Bu dəfə də onun yazdıqlarının hər biri şər-böhtan olduğu məlum olur. O, ​ eyni iddialarla Gəncə Dəmir Yolu Polis idarəsinə də şikayət etmişdi. Yenə də məlum oldu ki, haqqımda yazılanlar şər və böhtandan başqa bir şey deyil.

​ ​ ​ ​ ​Sonuncu dəfə o, eyni iddialarla Tovuz Rayon Prokurorluğuna da şikayət etmişdi. Araşdırma və üzləşmə zamanı mərhumə Quluyeva Tamam Ədil qızına bildirildi ki, “Dəfələrlə Əhmədov Vaqif Qasım oğluna şər və böhtan atdığın üçün, barəndə cinayət işi açılacaq”. Edilmiş xəbərdarlıqdan qorxuya düşən Tamam Quliyeva hər şeyi etiraf edib onu boynuna aldı ki, ​ “Mən Vaqif Əhmədova şər atırdım ki, o, mübahisə predmeti olan həyətyanı torpaq sahəsindən əl çəksin”.​ Sorğu əsasında o da məlum oldu ki, ​ Tamam Quliyeva sahiblənmək istədiyi torpaq sahəsinə aid saxta arayışı ​ 300 manat pula və 60 ədəd toyuq verməklə əldə edib.

​ ​ ​ ​Quluyeva Tamam Ədil qızını bütün sakinlər çox yaxşı tanıyırdılar. Onun kim və nəçi olduğu hamıya bəlli idi. O, onlarla insanları şərləmişdi. Adı çəkilən xanımın vasitəsilə çoxlu sayda insanlar haqsız yerə cəzalandırılmışlar. Bir misal çəkim ki, onun nəvəsi bir şəxsə məxsus avtomobilin təkərlərini söküb oğurluq etmişdi. O, oğurluq hadisəsini ört-basdır etmək üçün həmin şəxsin həyətinə girir, səs-küy salır və həyətdə olan odun parçası ilə başına vuraraq özünə bədən xəsarətləri yetirir. Hətta, o, üst-başını cırır və ev yiyəsinin onu döydüyünü ​ iddia edərək, ondan polisə şikayət də edir. Həmin şəxs də məcburiyət qarşısında qalıb, oğurluq hadisəsi ilə bağlı şikayət etmək fikirindən daşınır. Hazırda Tamam Quluyevanın yaxın qohumu, davamçısı Abbasov Elfaq Bayram oğlu, məhz onun əməllərini davam etdirməkdədir. O da iddia edir ki, 1996-cı ildə həmin torpaq sahəsini ona veriblər. 13 mart 1982-ci ildə anadan olmuş Abbasov Elfaq Bayram oğlunun 1996-cı ildə 13 yaşı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 28-ci maddəsinə görə, yetginlik yaşına çatmamış şəxsə ayrıca torpaq sahəsi verilə bilməz. Yəni, bu maddəyə görə 1996-cı ildə heç bir dövlət məmuru 13 yaşlı uşağa torpaq sahəsi ayıra bilməzdi.

​​ ​ ​ Bu məsələni ictimailəşdirməyimə səbəb, problemin mahiyyətindən xəbərsiz olan Qovlar şəhər sakinlərinin, yaxınlarımın, qohumlarımın məni yanlış anlamaları, məni qınamaqlarıdır. Guya ki, mən zorla Abbasov Elfaq Bayram oğluna məxsus torpaq sahəsini onun əlindən almışam. Həqiqət isə yuxarıda qeyd etdiyim kimidir. Quluyeva Tamam Ədil qızı vaxtilə prokurluqda etiraf etmişdir ki, “Həmin torpaq sahəsinə görə, mən dəfələrlə Əhmədov Vaqif Qasım oğlunu şərləmişəm, ona böhtan atmışam. Məqsədim müxtəlif yollarla torpaq sahəsini onun əlindən ​ almaq və Abbasov Elfaq Bayram oğluna vermək olub. Mən həmin torpaq sahəsinə aid saxta sənədi​300 manat pul və 60 ədəd toyuq verməklə əldə etmişəm.

​ ​ ​ ​ Onu da bildirim ki,​ Abbasov Elfaq və onun qardaşı normal ailə tərbiyəsi almadıqları üçün, onlar da Tamam Quliyeva kimi hər şeyi zorla, şərlə, böhtanla əldə etməyin yolunu tutublar. Bu da heç vaxt mümkün olmayacaq”.
Mövzunu diqqətdə saxlayacağıq.

GundemXeber.Az​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​

Şərhlər

XƏBƏR LENTİ