SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Tovuzun Qovlar şəhərindəki əxlaqsızlıq ünvanlarının himayədarı kimdir?- ŞOK İTTİHAM

Tovuzun Qovlar şəhərindəki əxlaqsızlıq ünvanlarının himayədarı kimdir?- ŞOK İTTİHAM

Tarix:

26-08-2019, 19:50

/ 1 038 dəfə oxundu.
Tovuzun Qovlar şəhərindəki əxlaqsızlıq ünvanlarının himayədarı kimdir?- ŞOK İTTİHAM

Son illər bəzi vəzifə sahiblərinin bölgələrdə yaratdıqları sosial problemlərin varlığı ilə bərabər, xalqımıza məxsus adət-ənənələrin, əxlaqi dəyərlərimizin və s. tapdaqlar altına atılması da, daha çox müzakirə olunan və medianın gündəmini zəbt edən mövzulardan biri olub.

Məsələnin təəccüb doğuran tərəfi odur ki, bu yöndə baş verən biabırçılıqlar yerlərdə vəzifə sahibi olan bəzi hüquq-mühafizə orqanı əməkdaşlarının gözləri qarşısında baş versə də, nədənsə onlar baş verənlərə seyrçi münasibət bəsləyib, problemlərin aradan qaldırılması yöndə lazımi addımlarını atmırlar. Belə bir xoşagəlməz problemlərin yaşandığı ərazilərdən birinin də, məhz Tovuz rayonunun Qovlar şəhəri olduğu bildirilir. Məsələn, adının çəkilməsini istəmədiyimiz Qovlar şəhər sakininin redaksiyamıza ünvanladığı məktubda qeyd olunur ki, “Bu gün bizim şəhərin adı dillər əzbəri olan şəhərlərdən biridir. Buna da əsas səbəb, yaşadığımız bu şəhərdə çoxlu sayda ziyalıların, elm və mədəniyyət xadimlərinin, rəhbər vəzifə sahibi olan şəxslərin və s. doğulub boya-başa çatmaları, onların dövlətimizin və xalqımızın yolunda silinməz izlər buraxmalarıdır. Bəli, bu gün ölkəmiz üçün olduqca strateji əhəmiyyət kəsb edən bəzi vəzifələri daşıyan şəxslər, məhz Qovlar şəhərində doğulub boya-başa çatıblar. Bundan əlavə, tarixən bu şəhərin ərazisində zaman-zaman böyüyə hörmət, ehtiram, adət-ənənələrimizin qorunması yöndə lazımi addımlar atılmış, hər kəs bir-birinə qarşı olduqca həssas olmuşlar. Bu gün isə, fərqli mənzərənin şahidi olduqca, sanki hər kəs şoka düşür. Çünki, zaman-zaman adı və tarixi təmiz saxlanılan Qovlar şəhərinin adı, hal-hazırda əxlaqsızlıq ünvanlarının tüğyan etdiyi ərazilərdən biri olaraq hallanmaqdadır. Məsələnin düşündürücü tərəfi ondan ibarətdir ki, rayonunun bu şəhərində əxlaqsızlıq əməlləri ilə məşğul olan ünvanların sayı günbəgün artmaqda davam edir. Obyekt sahiblərinə şəraiti yaradan, onlara himayədarlıq edən şəxsin isə, Qovlar şəhəri üzrə sahə müvəkkili vəzifəsini daşıyan Paşa Rzayev adlı şəxs olduğu iddia olunur. Əslində adı çəkilən vəzifə sahibinin əsas vəzifələrindən biri də, bu cür əməllərlə məşğul olan şəxslərə qarşı mübarizə tədbirlərini gücləndirmək olduğu halda, sahə müvəkkilinin atdığı addımlar, bu gün də hər kəsi düşündürməkdədir. Düşünürük ki, yaşananları geniş təfsilatı ilə əhatə etmədiyimiz bu məqalənin dərcindən sonra, DİN-nin rəhbər şəxsləri Qovlar şəhərində yaşananların nəzarətə götürülməsi, ərazi üzrə sahə müvəkkili vəzifəsini daşıyan Paşa Rzayevin əməllərinin qiymətləndirilməsi yöndə müvafiq addımlarını atıb, lazımi qərarlarını verəcəklər.

P.S. Hörmətli oxucular! Biz bir redaksiya olaraq Qovlar şəhərinin hansı ünvanlarında hansı şəxslərin əxlaqsızlıq əməllərinə qol qoymalarını, hansı səbəblərdən sahə müvəkkilinin məsələlərə seyrçi münasibət bəsləməsini və s. diqqətdə saxlayıb, yaxın günlərdə geniş açıqlamalarla çıxış etməyə çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın.

Gundemxeber.az

Şərhlər

XƏBƏR LENTİ