SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Tovuzda məmur özbaşınalığı vətəndaşı narazı salır

Tovuzda məmur özbaşınalığı vətəndaşı narazı salır

Tarix:

26-08-2019, 19:44

/ 731 dəfə oxundu.
Tovuzda məmur özbaşınalığı vətəndaşı narazı salır

Tovuz rayon sakini Rzayev Paşanın redaksiyamıza ünvanladığı məlumatı olduğu kimi dərc edirik: Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 mart 2017-cı il 2(102)-124 saylı qərarına əsaslanan Gəncə Apelyasiya Məhkəməsi həmin qərarın icra sənədini icra edilməsi üçün Tovuz rayon icra və probasiya şöbəsinə ünvanlamışdır. Həmin qərarda “ Həyətyanı torpaq sahəsinin boşaldılması və tikinti materiallarından təmizlənməsi “ tələbi qoyulmuşdur.

Tovuz İcra və Probasiya şöbəsi Tovuz RPŞ-inin rəisinə məktub ünvanlamışdır. Məktubda qeyd olunur ”İcra sənədinin icrasını təmin etmək məqsədi ilə icra işi təyin edilmişdir, lakin icra zamanı tərəflər arasında mübahisənin yaranması, tərəflərdən kiminsə xəsarət alması ehtimalı olduğu üçün icrada sizin əməkdaşların iştirak etməsinə göstəriş vermənizı xahiş edirik.

Qərarı yerində icra etmək üçün 3-cü dəfə 23 avqust 2019-cu il tarixdə Tovuz rayon icra və probasiya şöbəsinin 2 icra məmuru və Tovuz RPŞ-nin Qovlar bölməsinin sahə müvəkkili Rzayev Paşa Qovlar şəhər ərazisində yerləşən həmin torpaq sahəsində olarkən cavabdeh Abbasov Elfaq Bayram oğlu və onun qardaşı torpaq sahəsini könüllü olaraq boşaltmaq istəmədilər.

Bunun səbəbi sahə müvəkkili ilə mənim aramda keçən dialoq oldu , sahə müvəkkili Rzayev Paşa icra məmurlarının Tovuz RPŞ-ə ünvanladığı məktubu və icra məmurunun əlindəki Ali məhkəmənin qərarını, icra sənədlərinə məhəl qoymayaraq məndən tələb etdi ki, mən ona sənəd təqdim edim. Mən ona söylədim ki, Ali məhkəmənin qərarı və icra sənədi icra məmurundadı.

Mübahisənin sonunda mən Rzayev Paşaya Ali Məhkəmənin qərarını və DƏDRX-dən verilmiş sənədi təqdim etdim. Bundan sonra sahə müvəkkili məndən tələb etdi ki, torpaq sahəsinin enini və uzununu ona göstərim. Mən ona dedim ki, dəfələrlə DƏDRX-nin əməkdaşları və icra məmurları torpağın sərhədlərini müəyyən ediblər.

Sahə müvəkkili məni məcbur etdi ki, torpaq sahəsinin sərhədlərini ona göstərim. Mən məcburiyət qarşısında onu da etdim. Bu dəfə o mənə torpaq sahəsinin artıq olduğunu, mənim Qovlar bələdiyyəsinə aid bir neçə kv.m torpaq sahəsini zəbt etdiyimi əsas göstərərək mənə cinayət işi açacağı ilə hədələdi. Mən onun bütün tələblərini yerinə yetirərək əsəblərimi cilovladım. Onun mənə cinayət işi açacağı ilə hədələməsi səbrimin sonu oldu. Məni savadsız və qanunlardan uzaq biri hesab etdi. Mən ona onun bu haqda səlahiyəət sahibi olmadığını deməyim onu daha da aqresivləşdirdi. Mənim üstümə qışqıraraq mən kim olduğğumu sənə göstərəcəyəm deməsi məni də əsəbiləşdirdi. Mən təkrarən ona sən mənə heç nə edə bilməyəcəksən, çünki sən səlahiyət sahibi deyilsən. O isə mənə aqresiv sürətdə sənin ağzıni da s..............

Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksinin müddəəlarından xəbərsiz olan bu polis məmuru bütün polis əməkdaşlarının üz qarası və onların adına ləkə gətirən bir polis məmurudur.Belələrinə polis sıralarında yer olmamalıdır.

Hadisənin iştirakçılları olan cavabdeh və onun qardaşı bu dialoqdan ruhlanaraq mənə hücum edərək mənə bədən xəsarəti yetirdilər. Mənim 61 yaşım var. Onlara qarşı heç nə edə bilməzdim. Sahə müvəkkili Rzayev Paşa heç bir tədbir görmədi, heç ağzını açıb bir kəlmə də demədi, hərəkətsiz dayandı. Yaxşı ki, 2 nəfər icra məmuru orada idi, onlar olmasa, onlar bizi aralamasa ölüm hadisəsi qaçınılmaz olardı. Sahə müvəkkilinin 3-ara ilə 15 dəqiqə çəkən davaya heç bir reaksiya verməməsi, kənarda durub gülümsəməsii məndə 2 məsələdən birinin həqiqət olduğunu sübut edir.

1-ci cavabdehlərdən müəyyən miqdarda rüşvət alaraq onları müdafiə etməsi,

2-çi isə onun güclü dərəcədə sərxoş vəziyətdə bu hərəkətləri etməsi.

Digər tərəfdən polisimizə yaraşmayan, etik hərəkətdən kənar söyüş söyməsi bu 2 variantdan birinin düz olduğunu təsdiq edir. Bu məsələ haqqında DİN-I cənab V.Eyvazova müraciət ünvanlayıram. Bu polis haqqında tədbir görsün.

2012-ci ildən bu məhkəmə prosesinin yekunlaşmaması mənim dəfələrlə Qovlar şəhər sakini 80 yaşlı Quluyeva Tamam Ədil qızı (ölüb) tərəfindən şərlənməm, böhtan atılmam olmuşdur.

İlk dəfə o 2013-cü ildə, mən torpaq sahəsinin boşaldılması tələbi ilə, Tovuz Rayon Məhkəməsinə verdiyim ərizədən bir müddət sonra o, öz üz-gözünü və paltarlarını cıraraq mənim onu döydüyümü, ona əxlaqsız iş təklif etdiyimi iddia edərək mənim haqqımda polisə şikayət etmişdir. Polis araşdırması zamanı məlum oldu ki, (həmin vaxt mən Bakı şəhərində işləyirdim) mən Bakı şəhərində işdə olmuşam. Sübut olundu ki, bu iddia şər və böhtandır.

İkinci dəfə yenə həmin hərəkətləri edərək guya mən onu saat 21 radələrində Qovlar dəmir yol stansiyasında döymüşəm. O, bu haqqda Tovuz RPŞ-nə ərizə ilə müraciət edir, Tovuz RPŞ-I ərizəni icraata qəbul etmir. Səbəb Qovlar dəmir yol stansiyası onların ərazisi olmadığı üçün. Bu haqqda o mənim haqqımda Akstafa Dəmir Yol Polisinə şikayət ərizəsi vermişdir. Polis araşdırması zamanı məlum olddu ki, həmin vaxt sərnişin qatarının gəlib-getmə vaxtı olmuşdur. Stansiyada çox sayda sərnişin olmuş, stansiyada növbətçi polis və stansiya növbətçisi, bilet kassiri olmuşdur. Bu hadisədən heç kimin xəbəri olmamışdır. Bu dəfə də bunun şər-böhtan olduğu məlum oldu.

Üçüncü dəfə o mənim haqqımda eyni iddialarla Gəncə Dəmir Yol Polis idarəsinə şikayət etdi. Yenə də məlum oldu ki, mənim haqqımda yazılanlar şər və böhtandır.

Sonuncu dəfə o mənim haqqımda eyni iddialarla Tovuz Rayon Prokurorluğuna şikayət etdi. Araşdırma və üzləşdirmə zamanı Quluyeva Tamam Ədil qızına deyildi ki, dəfələrlə Əhmədov Vaqif Qasım oğluna şər və böhtan atdığın müəyyən olduğu üçün, ərizə əsasında sənə cinayət işinin açılacağı haqqında xəbərdarlıq edildi. Bundan qorxuya düşən Tamam hər şeyi etiraf edərək boynuna aldı ki, mən Vaqif Əhmədova şər atırdım ki, o mübahisə predmeti olan həyətyanı torpaq sahəsindən əl çəksin. Sorğu əsasında o da məlum oldu ki, əlində olan saxta torpaq arayışını o 300 manat pul və 60 ədəd toyuq verərək saxta yolla əldə edib.

Quluyeva Tamam Ədil qızını bütün sakinlər çox yaxşı tanıyırdılar. Onun kim və nəçi olduğu hamıya bəlli idi. O, onlarla insanları şərləmişdir. Çox insanlar haqsız yerə cəzalandırılmışlar. Çox insanlar şər-böhtan zamanı əsəb xəstəliyinə tutulmuşlar. Onun çox güclü “artist”-lik istedadı vardı, istədiyi vaxt özündən gedirdi, istədiyi vaxt hönkür-hönkür ağlayardı. Bu hərəkətləri ilə o hamını inandırırdı. Mən bunların çox şahidi olmuşam.

Bir misal çəkim ki, onun nəvəsi bir sakinin maşınının təkərlərini sökərək, oğurluq etmiş, həmin oğurluğu ört-bastır etmək üçün Quluyeva Tamam Ədil qızı oğurluq edilmiş adamın həyətinə girərək, səs-küy salmış həyətdə olan odun parçasını götürərək öz başına vuraraq yaralamış, üst-başını cıraraq ev yiyəsinin onu döydüyünü iddia edərək, daha doğrusu onu şərləyərək ondan şikayət etmişdir. Həmin sakin də məcburiyət qarşısında oğurluq haqqında şikayət etməmişdir. Belə onlarla misal çəkmək olar.

Hazırda isə onun yaxın qohumu olan, onun davamçısı Abbasov Elfaq Bayram oğlu onun əməllərini davam etdirməkdədir. O da iddia edir ki, 1996-cı ildə bu torpaq sahəsini ona veriblər. 13 mart 1982-ci il doğumlu Abbasov Elfaq Bayram oğlunun 1996-cı ildə 13 yaşı olmuşdur.

Azərbaycan Respublikası Mülki Məcəllənin 28-ci maddəsinə görə yetginlik yaşına çatmamış şəxsə ayrıca torpaq sahəsi verilə bilməz. Bu maddəyə görə də 1996-cı ildə heç bir dövlət məmuru 13 yaşlı uşağa torpaq sahəsi ayıra bilməzdi.

Bu məsələni ictimailəşdirməmin səbəbi bu məsələdən xəbərsiz olan Qovlar şəhər sakinlərinin, yaxınlarımın, qohumlarımın məni yanlış anlamaları, məni qınamaqlarıdır. Guya ki, mən zorla Abbasov Elfaq Bayram oğluna məxsus torpaq sahəsini onun əlindən almışam. Həqiqət isə yuxarıda qeyd etdiyim kimidir. Quluyeva Tamam Ədil qızı da Prokurluqda etiraf etmişdir ki, həmin torpaq sahəsinə görə mən Əhmədov Vaqif Qasım oğlunu dəfələrlə şərləmişəm, böhtan atmışam ki, o torpaq sahəsini Abbasov Elfaq Bayram oğluna versin. Həmin torpaq sahəsi haqqında saxta sənədi isə 300 manat pul və 60 ədəd toyuq verərək əldə etmişəm.”

GundemXeber.Az

Şərhlər

XƏBƏR LENTİ