SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » İcra başçısının zülümündən cana yığılmış​ Ağdaş rayon sakinləri tərəfindən - Prezidentə Müraciət​

İcra başçısının zülümündən cana yığılmış​ Ağdaş rayon sakinləri tərəfindən - Prezidentə Müraciət​

Tarix:

19-08-2019, 23:54

/ 2 594 dəfə oxundu.
İcra başçısının zülümündən cana yığılmış​ Ağdaş rayon sakinləri tərəfindən - Prezidentə Müraciət​

Tofiq İbrahimov icra başçısı təyin olunduqdan sonra rayon sakinlərinin günü göy əskiyə bükülüb. Var-dövlət toplamaqdan gözü doymayan bu qoca icra başçıs Ağdaşa başçı təyin olunduqdan sonra sərvəti artmış sayı- hesabı bilinmir.Buna baxmataraq bu qoca icra başçısının gözü doymaq bilmir.Nəticədə də zəhmətkeş ağdaşlılar zülm-əziyyət çəkirlər. Tofiq İbrahimovun başı ancaq var-dövlət yığmağa, biznes qurmağa qarşıdığı üçün rayon baxımsız qalıb.
Rayonun o kəndi olmasın ki, Tofiq İbrahimov torpaq sahələrinə əl qoymasın.Örüş yerləri zəbt olunub qanunsuz olarq əkin işləri aparılıb.Hansı ki, qanuna əsasən örüş yerlərini təyinatı dəyişmədən əkmək olmaz. Ağdaş rayon icra hakimiyyəti başçısı Tofiq İbrahimovun qanunsuz yolla əldə etdiyi sərvətləri bunlardı; Ağdaşın Dəhnə kəndində 2000 başlıq camış ferması və 200 hektar torpaq sahəsi, həmin kənddə 10 hekrat meyvə bağı, Şor Dəhnə kəndində 31 hektar meyvə bağı, Şəmsabad kəndində 200 hektar yonca sahəsi, Tofiqi kəndində 250 hektar arpa sahəsi, balıq gölləri, Mürsəl kəndində 200 hektar çəltik sahəsi, Türyançayın Ağdaş ərazindən keçən hissəsində 4 yerdə daş-qum-çınqıl karxanası, rayonun Zeynəddin kəndində hər həftənin 6-cı günləri işləyən mal bazarı, rayon mərkəzində 2 yerdə böyük tikinti materialları ticarət mərkəzi, 80 ədəd böyük yük avtomobilləri, Ağdaş şəhərində 2 yerdə möhtəşəm villası, Bakı şəhərində 21 yerdə villa və mənzillər, Qəbələ rayonunda isə 3 villası, 1 şadlıq evi, 3 restoranı, 1 Yanacaq Doldurma Məntəqəsi, 2 İstirahət güşəsi, 100 hektar fındıq bağları, ən əsası isə övladlarının adına sənədləşdilimiş Londonda mülkləri, Türkiyədə otel, villaları və mənzillərə sahibdir.
Tofiq İbrahimov qeyri qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olsada rayonda sahibkarlara, fermerlərə qənim kəsilib.Onlara haqq kəsib verməyən sərt şəkildə cəzalandırılır.
Hansı kənddə Tofiq İbrahimova məxsus ferma, əkin sahəsi və bağlar varsa həmin kəndlərin camaatı zəlil olub.Su üzünə, örüş üzünə həsrət qalıblar.Kənd sakinlərinə verilən suvarma suyu ancaq onun sahələrinə aparılır.Örüş yerləri zəbt olunub deyə mal-qaramız örüşsüz qalıb.
Ağdaşda bələdiyyələrin, icra nümayəndələrinin və idarə müdirlərinin işi ancaq Tofiq İbrahimovun biznesini idarə etmək, ona haqq yığmadır.
Ağdaş rayon sakinləri Tofiq İbrahimova kimi yaxşı dolanırdı, kəndlilər təsərrüfatlardan gəlir götürürdü, sahibkarlar düzgün pul qazanırdılar. Tofiq İbrahimov öz korrupsiya əməlləri ilə Ağdaş camaatının başına böyük bir qara daş salıb.Rayon sakinləri sanki tamaşaya baxırmış kimi bu hoqqabaz başçının at oynatmasına baxırıq.Gözləyirik ki, bu qoca biznesmen, talançı başçının gözü nə vaxt doyacaq.Ancaq görünən odur ki, Tofiq İbrahimov qocaldıqca dünya malına hərisliyi dahada artmaqdadır.
Hörmətli prezidentimiz İlham Əliyevdən xahiş edirik bu biznesmen, talançı icra başçısının qara əməllərini araşdırıb onun barəsində ciddi tədbirlər görsün. Vallah Tofiq İbarhimovun bu ağılı və savadı ilə ondan heç fermaya çobanda olmaz.
İmza; Ağdaş rayon sakinlər

1.Əliyev Fazil Sabir oğlu​
2.Qarayev Vüqar Tələt oğlu
3.Bəxtiyarov Elşən Nemət oğlu
4.Quliyeva Bahar Nəsib qızı
5.Kamilov Böyükağa Bilal oğlu
6.Osmanova Gülna Kərəm qızı
7.Nəbiyev Solmaz Xəlil qızı
8.Babayeva Sevil Cümşüd qızı
9.Umudov Böyükxanım Məmməd qəzə
10.Əliyev Həsən Hüseyn oğlu
11.Adıgözəlov Nəriman Mirzə oğlu
12.İbrahimov Seyfi Tehran oğlu
13. Əliyev Yaqub Məlik oğlu
14.Musayev Mirsəfa Niyazı oğlu

​xalqxeber.az


Şərhlər

XƏBƏR LENTİ