SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Nazim İsmayılov hara baxır? - Saatlının bu kəndi susuz qalıb....

Nazim İsmayılov hara baxır? - Saatlının bu kəndi susuz qalıb....

Tarix:

19-08-2019, 09:06

/ 714 dəfə oxundu.
Nazim İsmayılov hara baxır? - Saatlının bu kəndi susuz qalıb....

"Saatlı rayonunda Nabatkənd kəndinin yarısı xəstəlik tapıb".
Bu sözləri "Yeni Sabah"a Nabatkənd kəndinin sakini Fikrət Həsənov deyib. Onun sözlərinə bir müddətdir ki, kəndə su verilmir:

"Çirkli su istifadə edirik ki, bu da xəstəliyə səbəb olur. Əkin sahələrimiz yararsız vəziyyətə düşüb. Dəfələrlə rayon rəhbərliyinə müraciət etmişik. Hətta bir dəfə aksiya da keçirmişik. Nəticə yoxdur. İcra başçısı da, müavini də kəndə gəlib. Deyirlər ki, düzələcək. Ancaq düzəlmir".

Fikrət Həsənov deyir ki, Saatlının başqa kəndlərində də oxşar problem var. "Kimin imkanı varsa, suyu var. Amma imkanı olmayanlar su üzünə həsrətdir. Bunlar gözləyir ki, payız gəlsin su bol olsun və beləliklə, problem həllini tapsın. Öz əkin sahələrini suvarırlar biz isə qalmışıq pis vəziyyətdə", - deyə şikayətçi bildirib.

Fikrət Həsənov ölkə rəhbərliyinə müraciət edərək problemin diqqətdə saxlanılmasını istəyib.

Şərhlər

XƏBƏR LENTİ