SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » İCRA BAŞÇISI OĞLUNUN ADI İLƏ BAKIDA BİNA TİKİR - Daha bir məmur biznesi haqda SƏNƏD yayıldı

İCRA BAŞÇISI OĞLUNUN ADI İLƏ BAKIDA BİNA TİKİR - Daha bir məmur biznesi haqda SƏNƏD yayıldı

Tarix:

11-08-2019, 18:14

/ 1 133 dəfə oxundu.
İCRA BAŞÇISI OĞLUNUN ADI İLƏ BAKIDA BİNA TİKİR - Daha bir məmur biznesi haqda SƏNƏD yayıldı

Mətbuatda barəsində çoxsaylı şikayətlər yayılan Zərdab rayon İcra Hakimiyyətinin nun icra başçısı Lütvəli Babayev oğlunun adı ilə Bakıda yüksəkmərtəbəli bina tikdirir.

Mia.az xəbər verir ki, bununla bağlı jurnalist Cavanşir Həsənli sənəd yayıb.

Sənədə əsasən, 2017-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti Lütvəli Babayevin oğlu Babəli Babazadənin adına 12 mərtəbəli bina tikintisi üçün sərəncam verib.

Sənəddən görünür ki, binanın sahəsi 10 min kvadrat metrə yaxındır və tikintisi icra başçısının oğlu Babəli Babazadənin adı ilə həyata keçirilib: "Bina Binəqədi rayonunun 7-ci mikrorayon Abay Kunanbayev küçəsində, 3123-cü məhəllədə yerləşir və 12 mərtəbəlidir. Bu, həmin icra başçısıdır ki, Zərdabda şəhid Nurlan Babazadənin məzarı üstündən Azərbaycan bayrağını götürmək göstərişi vermişdi. Kiminsə oğlu şəhid olur, bunun da oğlu bina tikir".

Şərhlər

XƏBƏR LENTİ