XalqXəbər.Az

Hacılar kəndində səyyar qəbul-görüş keçirilmişdir

Hacılar kəndində səyyar qəbul-görüş keçirilmişdir
7-08-2019, 15:21

06.08.2019-cu il tarixdə Ağcabədi rayon Hacılar kəndində səyyar qəbul-görüş keçirilmişdir.Görüşdə​ rayon icra hakimiyyətinin məsul işçiləri, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.​ Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov​ sakinləri salamlayaraq 30 aprel 2019-cu il tarixdə​ Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasının keçirildiyini bildirmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələri barədə,​ Strateji Yol xəritələrində 2016-2018-ci illər ərzində görülmüş işlər və 2019-2020-ci illər ərzində görüləcək işlər barədə, qaz limitinin 1700​ m3-dən 2200 m3-dək artırılması barədə əhaliyə məlumat vermişdir. Eyni zamanda respublikamızda qazanılan uğurlardan, eləcə də rayonumuzda aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən ətraflı danışmışdır.​ ​ Keçirilən görüşdə çıxış edən sakinlər son illərdə Ağcabədi rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülən işləri yüksək qiymətləndirərək göstərilən davamlı diqqətə görə ölkə rəhbərliyinə minnətdarlıq ifadə ediblər.Qəbulda kənd​ sakinlərindən Məzahir Abbasov,Sücayət Rzayeva və Seymur Əhmədovun ​ su təchizatı, sosial​ müdafiə,​ məşğulluq məsələləri, yol, kənd təsərrüfatı, torpaq məsələləri ilə bağlı təkliflərinin hər biri​ barədə aidiyyatı​ təşkilatların​ rəhbərinə​ tapşırıqlar verildi, qaldırılmış​ ​ bir sıra məsələlər elə qəbul zamanı öz həllini tapdı.скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.