XalqXəbər.Az

İcra başçısının xanım müavini işdən çıxarıldı

İcra başçısının xanım müavini işdən çıxarıldı
6-08-2019, 23:17

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Dürdanə Əliyeva vəzifəsindən azad edilib.

“Report”un məlumatına görə, bununla bağlı icra başçısı Namiq Zeynalov müvafiq əmr imzalayıb.

Başçının digər əmri ilə bu vəzifəyə Elnarə Həsənova təyin olunub.

E.Həsənova bu təyinata qədər Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı aparatının aparıcı məsləhətçisi vəzifəsində çalışıb.скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.