SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Deyir, bu qədər çətənəni özünə əkibmiş...

Deyir, bu qədər çətənəni özünə əkibmiş...

Tarix:

30-07-2019, 11:48

/ 804 dəfə oxundu.
Deyir, bu qədər çətənəni özünə əkibmiş...

Xızı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xızı RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun Bəyəhmədyurd kənd sakini, 28 yaşlı Famil Baxışov tərəfindən kənd ərazisində xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş narkotik xassəli çətənə bitkiləri aşkarlanıb. Polis əməkdaşları tərəfindən həmin əraziyə keçirilən baxış zamanı oradan yaş çəkisi 34 kiloqram təşkil edən hündürlüyü 60-180 sm olan 51 ədəd çətənə kolu aşkar olunub.

Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim edilib.

Dindirilmə zamanı F.Baxışov çətənə kollarını aprel ayında əkdiyini və şəxsi istifadəsi üçün becəydiyini bildirib.

Faktla bağlı Xızı RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.

Şərhlər

XƏBƏR LENTİ