SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Alı Alıyev növbəti səyyar qəbul görüşünü Qarabağ kəndində keçirib

Alı Alıyev növbəti səyyar qəbul görüşünü Qarabağ kəndində keçirib

Tarix:

13-07-2019, 09:47

/ 992 dəfə oxundu.
Alı Alıyev növbəti səyyar qəbul görüşünü Qarabağ kəndində keçirib

Prezident cənab İlham Əliyevin əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi, vətəndaş-məmur münasibətlərində şəffaflığın təmin edilməsi barədə tapşırıqları Füzuli rayonunda daim diqqət mərkəzində saxlanılır. Ölkə başçısının “Xalqla dövlət məmuru hər zaman bir yerdə olmalıdır” sözlərinə uyğun olaraq Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev mütəmadi olaraq vətəndaşlarla görüşür, onların problemlərini dinləyir, təklif və qayğıları ilə maraqlanır. Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin növbəti səyyar qəbul-görüşü Qarabağ kəndində keçirilib.

Səyyar qəbulda rayonun idarə, müəssisə və təşkilatları, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Səyyar qəbulda çıxış edən Alı Alıyev bu cür görüşlərin ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə mütamadi keçirildiyini bildirib. Alı Alıyev deyib ki, Qarabağ kəndində 550 nəfər yaşayır. Kənddə əhalinin işıq, su, qaz, yol və digər sosial problemləri tam həll olunub, şəhər sakinlərinin hər birinə çörək pulu və kommunal xərclərə görə 60 manat olmaqla ayda 33000 manat vahid aylıq müavinət ödənilir. Məcburi köçkünlər üçün nəzərdə tutlan güzəşt və imtiyazlardan istifadə edirlər.

Qarabağ kəndində məktəb, tibb məntəqəsi, kitabxana fəaliyyət göstərir.

Bildirilib ki, Qarabağ kəndində 125 nəfər rayonun müxtəlif idarə, müəssisə və təşkilatlarında işləyir, 130 nəfər isə pambıq, barama, müxtəlif istehsal sahələrində çalışmaqla məşğulluqlarını təmin edirlər.

Ayrı-ayrı sahələrə dair kənd sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, digərləri isə həll edilməsi üçün nəzarətə götürülüb.

Səyyar qəbul zamanı çıxış edən kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

Şərhlər

XƏBƏR LENTİ