SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » "Nazirlərin evinə görə torpağıma ayaq basa bilmirəm" - ŞİKAYƏT - VİDEO

"Nazirlərin evinə görə torpağıma ayaq basa bilmirəm" - ŞİKAYƏT - VİDEO

Tarix:

10-07-2019, 14:57

/ 1 073 dəfə oxundu.
"Nazirlərin evinə görə torpağıma ayaq basa bilmirəm" - ŞİKAYƏT - VİDEO

“Dövlətin mənə verdiyi torpaqdan istifadə edə bilmirəm. Nə əkməyə imkan verirlər, nə biçməyə...”

Bu sözləri Quba rayonunun Qumuqazma kəndinin sakini Zaman Niftəliyev News24.az-a şikayətində bildirib.

Onun sözlərinə görə, kəndin ərazisində dövlət tərəfindən onlara verilən pay torpaqlardan istifadə haqqı tapdanır: “Neçə ildir qanunla bizə aid olan torpaqlardan istifadə edə bilmirik. O torpaqlarla üzbəüz bir neçə nazirin evi var. Bu səbəbdən bizə torpaqlarımızda əkin-biçin eləməyə imkan vermirlər. Kənd adamları ilə razılaşıb 2 nəfər ora çəpər çəkdik. Sahə müvəkkili və serjantlar gəlib ora basdırdığımız boruları çıxardılar. Dedilər, “olmaz!” Biz buna etirazımızı blidirəndə icra hakimiyyətinin müavini, bələdiyyənin nümayəndələri gəldilər. Bizi tikdiklərimizi sökməyə məcbur elədilər. Səbəbini soruşanda isə bizə verdikləri cavab :”Elə suallar var ki, ona cavab vermək olmaz” oldu. Bu torpaqlar bizim şəxsi ərazimizdir, onlardan istədiyimiz şəkildə istifadə etmək hüququmuz var. Əgər bu bizə verilibsə, çəpər də çəkə bilərik, şumlaya da. Bizim qanuni torpağımızda öz istədiklərini edirlər, sonra da deyirlər, “gedin, kimə istəyirsiz, deyin”.

Məsələ ilə bağlı Quba Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışdıq. İki gün quruma etdiyimiz telefon zəngləri cavabsız qaldı. Üçüncü gün isə sualımızı belə cavabladılar: “Vətəndaşın şikayəti varsa, o, özü icra hakimiyyətinə gəlməlidir və ya məhkəməyə müraciət etməlidir”.

Şərhlər

XƏBƏR LENTİ