SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » “Saxta yollarla “Veteks” şirkətini tenderin qalibi edirlər” - ZƏRDABDAN ŞİKAYƏT

“Saxta yollarla “Veteks” şirkətini tenderin qalibi edirlər” - ZƏRDABDAN ŞİKAYƏT

Tarix:

5-07-2019, 11:26

/ 1 072 dəfə oxundu.
“Saxta yollarla “Veteks” şirkətini tenderin qalibi edirlər” - ZƏRDABDAN ŞİKAYƏT

Çox hörmətli Baş Redaktor! Bu məktubu yazmaqda əsas məqsədim ondan ibarətdir ki, dəfələrlə cənab prezidentimiz İlham Əliyevə, Birinci Vitse- prezident xanım Mehriban Əliyevaya və prezident administratsiyasının məsul şəxslərinə məktub və teleqramlarla müraciətlər etsəm də müraciətlərim ünvanlarına çatdırılmır.Mənim istəyim həmin şəxslərin qəbuluna düşməkdir.Belə ki,özüm Simvol-2012 MMC.-nin direktoruyam.Cənab prezidentimizin sahibkarlığa önəm verdiyi bir vaxtda Zərdab rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev və Zərdab şəhər icra nümayəndəsi Hafis Kərimov sahibkarlığa kölgə salaraq saxta yollarla tenderlər keçirərək Veteks Şirkətini tender qalibi edirlər. Veteks Şirkətinin işçisi Vüqar adlı şəxsin gördüyü işlərin kağız üzərində adı var,amma görülən işlər yox dərəcəsindədir.Bütün bunlarla əlaqədar cənab prezidentimizə müraciətlər etmişəm ki, 2017 və 2018-ci illərdə Zərdab rayonunda görülən işlərin mənim iştirakımla yoxlanılması barədə yoxlama komissiyası ayrılsın.Hörmətli Baş Redaktor.Ümid sonda ölür.Sizdən xahiş edirəm mənim müraciətimi öz qəzet və saytınız vasitəsilə geniş məzmunda işıqlandırıb cənab prezidentimiz İlham Əliyevə,Birinci Vitse-prezident xanım Mehriban Əliyevaya və Prezident Administratsiyasının səlahiyyətli şəxslərinə ünvanlayasınız. Mənim boğulan haqq səsimə səs verib mənim Zərdab rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev və Zərdab şəhər icra nümayəndəsi Hafis Kərimovla birlikdə ölkə rəhbərləri ilə görüşməyimə köməklik göstərəsiniz. 2017 və2018-ci illərdə Zərdab rayonuna ayrılan təmir və abadlıq pullarının hara və nəyə xərcləndiyinin araşdırılıb üzə çıxarılması üçün yoxlama komissiyasının ayrılması üçün prezidentdən kömək istəyəcəyəm. Onu da nəzərinizə çatdırıram ki, Zərdab rayon rəhbərləri görülən işlər barədə Prezidentə və administratsiya işçilərinə düzgün məlumat vermirlər.Sizdən xahiş edirəm mənim müraciətimi cənab prezidentimiz İlham Əliyevin və Xanım Mehriban Əliyevanın elektron poçtlarına göndərəsiniz. Əvvəlcədən sizə öz təşəkkürümü bildirirəm. Cavabınızı gözləyirəm. Hörmətlə: Məmmədov Mehman Məhəmməd oğlu. Zərdab rayon Çallı kəndi.

04 İyul 2019-cu il.
Tel: 051-943-69-97

xalqxeber.az

Şərhlər

XƏBƏR LENTİ