XalqXəbər.Az

Gəncə Dövlət Universitetinin "Əliqulu Quliyev problemi"…

yüklənir...
Gəncə Dövlət Universitetinin "Əliqulu Quliyev problemi"…
29-06-2019, 12:40
yüklənir...

Gəncə Dövlət Universitetinin riyazi analiz kafedrasının əməkdaşı Tofiq Muradovun "Təzadlar"ın elektron poçtuna şikayət məktubu daxil olub. Məktubda GDU-nun müəllimi Əliqulu Quliyevin qanunsuz hərəkətlərindən və özbaşınalıqlarından bəhs edilir.

Şikayət məktubunu bəzi ixtisarlarla təqdim edirik:

"Hörmətli redaksiya!

""Azerbaijan Favorite News" (www.afn.az) saytının baş direktoru Həbibə Abdullanın Gəncə Dövlət Universitetinin Etika komissiyasının və Tədrisə nəzarət komissiyasının sədri Əliqulu Quliyev tərəfindən təhqir olunmasına çox üzüldük.

Universitetdə hamını boğaza yığmış bu şəxsə, nədənsə, Əməkdar müəllim fəxri adı, "Tərəqqi" medalı da verilib. O, universitet rəhbərliyini də təhdid etməkdən çəkinmir. Eyni zamanda, Ə.Quliyev vaxtilə Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə universitetdən məlumatlar sızdırırdı. Hamı bilirdi ki, o, Elmar Vəliyevin "adamıdır". Elmar Vəliyev universitetin keçmiş rektoru Elman Məmmədovu məhz Ə.Quliyevin əli ilə "vurdu". Halbuki bu adama sabiq rektor Elman Məmmədovun böyük yaxşılıqları keçmişdi. Elmar Vəliyev o vaxt Ə.Quliyevə universitetdə 75 yaşının tamam olması ilə bağlı təntənəli yubiley tədbiri keçirtdi, ona qızıl saat və müxtəlif qiymətli hədiyyələr bağışladı. Çox qəribədir ki, bu adam Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Gəncəyə gələndə onunla Xan bağında görüşə belə qatıla bilmişdi.

Məlumatınız olsun ki, Ə.Quliyev nəinki riyaziyyat-informatika fakültəsinin, habelə bütün universitetinin probleminə çevrilib. Soruşulsa ki, Əliqulu Quliyev kimdir? Bu suala universitetin bütün məzunları, Gəncə şəhərinin hər bir vətəndaşı birmənalı şəkildə deyər ki, o, rüsvətxor, özündənrazı, heç kəsi bəyənməyən, hamını "şantaj" edən bir müəllimdir. Ə.Quliyev GDU-da təhsilimizin qəsdinə durub. O, universitetdə işlədiyi müddətdə fakültə dekanı seçilmək üçün Gəncə şəhərinin "kriminal" aləminin dəstə üzvlərindən istifadə etmişdir. Hətta o zaman tədris işləri üzrə prorektor Saleh Salahova elə psixoloji təsir etmişdir ki, o, müəyyən müddətdən sonra xəstəliyə tutularaq dünyasını dəyişdi. Kafedra müdiri seçilərkən fizika-riyaziyyat elmlər doktoru, professor Şövkət Baxışovu da müxtəlif təsir yolu ilə müsabiqədən kənarlaşdırdi. Hətta bu məsələ Ali Məhkəməyə qədər gedib çıxdı. Az sonra Şövkət Baxışov da dünyasını dəyişdi. Son illər kafedra müdiri işləmiş dosent Bəhramgur Mustafayev də bu acı taleyi yaşadı. Hətta B.Mustafayevin ölümü ilə bağlı aidiyyəti dövlət orqanlarına da müraciət olundu. B.Mustafayevin kafedra müdiri seçkisində də Ə.Quliyev 5-ci dəfə qanunsuz olaraq "Ümumi riyaziyyat" kafedrasına müdir təyin olunan, 20 ildən artıqdır auditoriyaya girməyən, heç bir elmi pedaqoji fəaliyyətlə məşğul olmayan, ancaq buraxılış, dissertasiya, praktika işləri ilə məşğul olan 72 yaşlı Mayıl Mustafayevlə birgə mane olmuşdular. Bu adam hal-hazırda 1,5 ştat vahidi ilə guya dərs deyir. Görəsən, aidiyyəti strukturlar hara baxır ki, bu cür neqativ hallar baş verir?! Əgər tibbi baxışdan keçirilsə, bu fakültənin üç müəlliminin heç birinin dərs deməyə səhhəti ilə bağlı hüququ olmadığı üzə çıxar. Bəs onda aidiyyəti qurumlar bu məsələdə niyə susurlar? Gənc kadrların işlə təmin olunması dövlət orqanlarının qarşısında duran ən vacib məsələlərdəndir. Əslində dövlət tərəfindən yaxşı pensiya ilə təmin olunan bu cür müəllimlər gənc kadrlarla əvəz olunmalıdırlar.

Dəfələrlə Ə.Quliyev haqqında mətbuatda çoxlu sayda tənqidi yazılar dərc olunub. O, yenidən əvvəlki metodlarla, şantaj yolu ilə 80 yaşında kafedra müdiri təyin olunmaq istəyir.

Ə.Quliyev hələ dekan işlədiyi vaxtda öz fakültəsinin işçisi ilə öz kabinetində biabırçı eşq səhnəsı yaşayarkən binanın komendantı tərəfindən yaxalamışdır. Bunu universitetin 2-ci korpusunda hamı bilir. 1987-1988-ci illərdə o, riyaziyyat fakültəsinin tələbə həmkarlar təşkilatının sədrini… (məktubda Ə.Quliyevin indiyə qədər təcavüz etdiyi tələbə qızların siyahısı və onların sonradan hansı vəzifəli şəxslərin həyat yoldaşları olması konkret gəstərilir. Mentalitet baxımından həmin siyahının dərcinə ehtiyac görmürük – Red.)… Amma indi Ə.Quliyev kollektivə etika "dərsi keçir".

Hələ 1964-cü ildə zorlama və xuliqanlıq üstündə həbs olunmuş və bir neçə il həbsdə yatdıqdan sonra hansısa naməlum sehrli əlin sayəsində azadlığa çıxan Ə.Quliyev indi GDU-da ETİKA KOMİSSİYASİNA SƏDRLİK EDİR. Bir dəfə isə Əliqulu Quliyev riyaziyyat kafedrasının müdiri Nadir Novruzova universitetdə başından ölümcül zərbə ilə xəsarət yetirmişdir. Nadir müəllim bir müddət xəstəxanada müalicə olundu. Bir dəfə də GDU-nun kecmiş rektoru, professor Həsənbala Sadıqovu gedib kabinetində döymək istəmişdi. Buna "Dur!" deyən yoxdur. Keçmiş rektor H.Sadıqov onu universitetdən qovsa da, sehrli əllər onu yenidən işə bərpa etmişdi. GDU-da hamı bilir ki, 1993-1995-ci illər arası onun həyət evi yananda evin damından külli miqdarda silah-sursat tapılmışdı. Çünki Əliqulu Quliyevin vaxtilə Surət Hüseynovun və "Nicat" təşkilatının qoçu dəstəsi ilə sıx əlaqəsi vardı.

O, törətdiyi əməllərə və etdiyi günahlara görə məsuliyyətə cəlb olunmaq əvəzinə, universitet rəhbərliyi fəxri adlara layiq görür. O yerdə də işləmək mümkün deyil ki, cinayətkar cəzasız qalır, günahsıza cəza verilir.

Hörmətli redaksiya!

Xahiş edirik ki, bu məktubu ictmailəşdirərək, aidiyyəti qurumlar qarşısında məsələ qaldırıb universiteti Ə.Quliyevdən xilas edəsiniz".

Məsələ ilə bağlı Ə.Quliyevin fikrini öyrənmək cəhdimiz alınmadı. Odur ki, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

"Təzadlar"

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.