XalqXəbər.Az

Cəlilabad komissarlığında vətəndaşı döydülər

yüklənir...
Cəlilabad komissarlığında vətəndaşı döydülər
20-06-2019, 11:29
yüklənir...

Respublikamızda ötən müddətdə ordu quruculuğu prosesinin təkmilləşdirilməsi çağırış və səfərbərlik resurslarını tənzimləyən mexanizmin yaradılmasını da ortaya qoymuşdur. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə ölkə Prezidentinin 13 fevral 2012-ci il tarixli fərmanı ilə müvafiq sahədə idarəetmə strukturunun təkmilləşdirilməsi, onun müasir tələblərə uyğun qurulması məqsədilə Müdafiə Nazirliyinin tebeliyində olan Azərbaycan Respublikasının Hərbi Komissarlığı, Naxçıvan MR Hərbi Komissarlığı, rayon, şəhər, şəhər rayonu hərbi komissarlıqları ləğv edilmiş, onların əsasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılmışdır. Ötən 7 il ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən əsaslı tədbirlər görülmüş, səfərbərlik hazırlığı və çağırış işinin təşkili, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdiril-məsi, vətəndaşların hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı istiqamətində əhəmiyyətli nəticələr əldə edilmişdir. Təəssüf ki, bəzi kadrlar bu islahatlar və realllqla barışmayaraq köhnə idarəçilik düşüncəsini beyinlərində saxlayıblar. Bu sırada xidmət rəisinin ikinci dəfə etimad göstərdiyi şəxslər xüsusilə diqqət çəkir.

Belə ki, bir müddət öncə “köhnəliyin nümunəsi” kimi sərəncama göndərilən, sonradan Baş İdarədə işə götürülən, indi isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin rəisi postuna təyinat alan polkovnik-leytenant Nizami Nəbiyev artıq qısa müddətdə mənfi mənada özünü göstərib. Redaksiyamıza müraciət edən Cəlilabad rayon sakini Təhməzov Mirsəlim Sahib oğlu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsində təhqirə və fiziki təzyiqə məruz qaldığını bildirir. O, Reportyor.info-ya ünvanladığı məktubda(məktuba şikayətçinin hadisə yerindən səs yazısı da əlavə olunub) Hikmət adlı müfəttiş tərəfindən döyüldüyünü bildirir. O yazır: “Dayımoğlunun hərbi biletinin gəlməsi ilə əlaqədar olaraq Cəlilabad rayon komisarlığına yollandıq. Komisarliıda Hikmət adlı şəxsə yaxınlaşaraq hərbi bilet haqda məlumat almaq istəsəm də o mənə qarşı təhqiramiz ifadələr işlətməyə başladı. Daha sonra bizə demədim rədd olub gedin deyərək sifət nahiyyəmdən zərbələr vurdu.

Bu məsələ ilə bağlı yeni təyin olunan rayon komissarı tədbir görəcəyini bildirsə də heç bir real addım atılmadı”. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsində vətəndaşa qarşı bu cür münasibət və şöbənin rəisinin bu hadisəyə laqeydliyiHərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin otağında baş verən söhbətin səs yazısı: kifayət qədər ciddi hadisədir. Biz reportyor.info olaraq hər zaman Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və onun rəhbərliyinin fəaliyyəti ilə bağlı xüsusi diqqət və həssaslıq göstərmişik. Bunun başlıca səbəbi Xidmətin dövlət üçün strateji bir məqam olmasıdırsa, digər səbəb Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə dövlət Xidmətinin rəisi Arzu Rəhimovun fəaliyyətinə göstərilən rəğbətdir. Ancaq yuxarıda göstərilən olaylar və buna şərait yaradan kadrlar görülən işlərə kölgə salır.

REPORTYOR.info

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.