SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Prezident iftar verir, Göyçayın başçısından isə iftar vandalizmi - Video

Prezident iftar verir, Göyçayın başçısından isə iftar vandalizmi - Video

Tarix:

18-06-2019, 22:18

/ 1 031 dəfə oxundu.
Prezident iftar verir, Göyçayın başçısından isə iftar vandalizmi - Video

Göyçayın icra başçısı Mehdi Səlimzadə nə inanclı insanlara, nə müqəddəs Ramazan ayına hörmət qoyur. Onun tapşırığı ilə bazar dağıdılmışdı, nar festivalında piştaxtalardan xərac yığılmışdı, şəhid bulağı sökülmüşdü, amma iftar süfrəsi tar-mar edilməmişdi, bunu da elədi.

Cahan.info hefteaz.info-ya istinadla xəbər verir ki, Göyçayın gözü dönmüş icra başçısı əndazəni aşıb, 60 nəfərin iştirak etdiyi iftar məclisini dağıdıb.

“Milli Qəhrəman Mübariz İbrahimov adına” Vətənpərvərlər Cəmiyyəti ilə “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyi birgə Göyçaydakı “Aysel” şadlıq evində 60 nəfərlik iftar süfrəsi təşkil ediblər.

Artıq bayram başa çatıb, amma bu 11 ayın sultanı Ramazanda günah qazananlardan biri də əminliklə söyləmək olar ki, Göyçayın odioz rəhbəri oldu.
Çünki kasıb ailələrə ərzaq, geyim paylayan hər iki QHT-nin tədbirinə aman verilməyib, başçının tapşırığı əsasında məclis dağıdılıb.

Belə ki, polis əməkdaşları tədbirin təşkilatçılarından rayonu tərk etməyi tələb ediblər və icra başçısının tapşırığı olduğunu bəyan ediblər.

M.Səlimzadə iftar süfrəsi açmaq, yoxsul ailələri, eləcə də oruc tutanları bir araya toplamaq əvəzinə Allah naminə bu məclisi quranları rayondan qovur. Bunu Allah da götürməz.

Necə ki, bəzi deputatlar, iş adamları orucluqda iftar süfrəsi açdılar. Amma M.Səlimzadənin imansızlığı azmış kimi, imanı olan adamların tədbirini dağıdır. Hətta rəsmi olaraq ateizmin təbliğ edildiyi və məscidlərin bağlı olduğu sovet dövründə belə iftar məclisinə vandalizm olmayıb.

Azərbaycanda isə dini etiqadlar azadlığı var, məscidlər açıqdır, prezident özü QMİ-nin iftar məclisində iştirak edib, amma Göyçay başçısı rayonda iftar süfrəsinə hücum təşkil etdirir. Bu da sosial şəbəkələrdə böyük qəzəb doğurub, M.Səlimzadəyə tənqidlər yağdırılıb.

Təəssüf ki, məmurlar insanların inancına, heysiyyatına da toxunmağa başlayıblar. Bu münasibətlər sistemi əyalətlərdə gərginliyə səbəb olur.

Axı 60 nəfərə iftar verilməsi niyə başçını narahat edir? Əksinə, həmin təşkilatçıların yanına nümayəndəsini göndərməliydi, özü də dəstəyini verməliydi. Bu qədər insanın duasını, savabını eşitmək yerinə, qarğış, nalə eşitmək görəsən məmurlara nə qazandırır?

Sfera.az-a Göyçaydakı mənbələrdən verilən məlumatda bildirilir ki, Mehdi Səlimzadənin Bakıya yeni vəzifəyə gedəcəyi ilə bağlı onun yaxın ətrafı da məlumatlıdır.

Belə ki, Göyçay RİH başçısının sürücüsü, eyni zamanda Mehdi Səlimzadənin qardaşı oğlu Toğrul Səlimzadə də əmisinin yaxın zamanda Xətai rayonuna icra başçısı gedəcəyi ilə bağlı söhbətləri təsdiqləyib.

Bu xəbər doğru olarsa göyçaylılar qurban kəsəcəklər. Çünki təkcə özü yox, ətrafı da camaat “qan uddurur”. Bir müddət əvvəl Göyçay şəhəri Səməd Vurğun küçəsi ev 24 sakini Əliyev Vaqif Rafiq oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub.

Şikayətçi yazır: “Göyçay rayon icra başçısı Mehdi Səlimzadənin qardaşının kürəkəni Famil Bəkirova məxsus “Famil A” MMC 500-dən çox vətəndaşın maaş kartına sahib olub.

Belə ki, işsizliyin aradan qaldırılması proqramına əsasən, Göyçay rayon İcra Hakimiyyəti müsabiqə keçirib və bu lahiyənin tenderinin qalibi məhz başçının qohumu Famil Bəkirovun adına yaradılmış “Famil A” MMC olub.

Bundan sonra rayonda aparılan tikinti-təmir və digər işlərdə fəhlə kmi işlədilməsi adı ilə 500 nəfərdən çox vətəndaşa maaş yazılıb, başçı tərəfindən mənimsənilmişdir.

Hazırda həmin maaş kartları adları işçi kimi qeydə alınmış vətəndaşlarda deyil, Famil Bəkirovun cibindədir. Talan edilən pulun 90 %-i Mehdi Səlimzadəyə çatır. Hər ay 500 nəfərdən çox vətəndaşa maaş yazılır, anacaq nə iş var, nə də adları işçi kimi yazılan şəxslərin maaşdan xəbərləri yoxdur”. İnsanların maaşını yeyən adamlar iftar məclisinin fəlsəfəsini nə anlayar...

(Video burada - https://www.press-az.com/problem/10289-icra-bashchisinin-tapshirigi-ile-memurlar-iftar-sufresine-hucum-chekdiler-) video.html

Şərhlər

XƏBƏR LENTİ