SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Uşaq bağçası, yoxsa soyğunçuluq ocağı? – RÜŞVƏT, QANUNSUZLUQ

Uşaq bağçası, yoxsa soyğunçuluq ocağı? – RÜŞVƏT, QANUNSUZLUQ

Tarix:

18-06-2019, 12:56

/ 1 371 dəfə oxundu.
Uşaq bağçası, yoxsa soyğunçuluq ocağı? – RÜŞVƏT, QANUNSUZLUQ

Bu gün Azərbaycanda normal bağça tapıb uşağı qoymaq valideynlər üçün ən böyük problemlərdən biridir.

Bu vəziyyət isə sözügedən təhsil müəssisələrinin müdirlərinə və yerli icra hakimiyyəti orqanlarına sərf edir. Çünki tələbat artdıqca, qeyri-rəsmi ödənişlər də yüksəlir. Qeyri-rəsmi ödəniş Bakı ərazisində 300-400 manat,bölgələrdə isə 100-300 manat arasında dəyişir.Ölkədəki orta aylıq əmək haqqı isə 542 manat təşkil edir.
Bu gun sirr deyil ki, baxca müdürləri bağçamızda yer yoxdur deyib ancaq rüşvətlə uşaqlari qeydiyyata salmağın mümkün olduğunu valideyinlərə bildirilir.
Ad cəkmədən Mingəcevirdə (onsuzda bütün baxcalar elədir)“Növbəniz çatanda sizinlə əlaqə saxlayarıq. Tələb olunan sənədləri də gətirərsiniz deyən baxca müdürlərinə rast gəlmisiniz.
“Növbəniz çatarsa, o zaman necə hazırlıqlı gələk? “Hörmət” nə qədər olacaq?” deyə sual edəndə isə sizə bəzən problemli adama oxşamadığınizi deyib və ona görə uşağın qəbul ediləcəyi “Bizim bağçada 3-dür (yəni 200 manat-), yəqin buna imkanınız çatar…bildirilib”
Qeyri-rəsmi ödənişlər uşaq bağçasının durumunun yaxşı və təmirli olduğundan asılı olaraq böyüyür.
Mingəçevir şəhərində yaşayan valideynlərlə söhbətimiz zamanı qeyd edirlər ki, təmirsiz bağçalara uşaq qəbulu üçün qeyri-rəsmi ödəniş 100 manat, təmirli bağçalarda 150-200 manat arasında dəyişir.Təhsilin bu pilləsi pulsuz olduğu halda hər ay fond pulu adı ilə 10 manatdan başlayaraq pul yığılır.Fond pulu verməyən uşaqları müəlimlər ayriseckilyə məruz qoyub onları öz həmyaşıdları arasında pisikdirirlər.

Mingəçevir şəhərində hazırda cəmi 22 bağça var. Söbhət etdiyimiz valideynlər qeyd edir ki, onun çox az hissəsi əsaslı təmir olunub. Şəhərdəki bağçalardan bir neçəsi tamamilə təmirsizdir: “Kosmetik təmirlə döşəmənin, tavanın deşiklərini örtməyə çalışılır, qapı pəncərələr köhnə, istilik sistemi yoxdur. Belə bağçalarda uşaqlar çox azdır. Yalnız əlacsız valideynlər uşaqlarının ora qoyurlar”.Bundan əlavə baxcada uşaqlara verilən ərzaqlarin çoxu müəllimlər tərəfindən kücədə-bazarda satılmaqdadır.
Bəzi bölgələrimizdə var ki,imkansızlıqdan 1 faiz uşaq bağçalara cəlb olunub. Bir çox bağçalar özəlləşdirilib və bağçaya aid olmayan obyektlərə – ticarət mərkəzlərinə çevriliblər. Dövlət bağçalarında çalışanların 60 faizi ali təhsilli deyil, orta ixtisas, yaxud orta təhsilli insanlardır.

"Yeni Gündəm"
Uşaq bağçası, yoxsa soyğunçuluq ocağı? – RÜŞVƏT, QANUNSUZLUQ
Uşaq bağçası, yoxsa soyğunçuluq ocağı? – RÜŞVƏT, QANUNSUZLUQ
Uşaq bağçası, yoxsa soyğunçuluq ocağı? – RÜŞVƏT, QANUNSUZLUQ

Şərhlər

XƏBƏR LENTİ