SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Ucar sakinləri narazılıq edir... -ŞİKAYƏT

Ucar sakinləri narazılıq edir... -ŞİKAYƏT

Tarix:

11-06-2019, 09:15

/ 2 280 dəfə oxundu.
Ucar sakinləri narazılıq edir... -ŞİKAYƏT

Ucar rayonu Müsüslü kənd sakinləri tərəfindən xalqxeber.az-a şikayət ərizəsi yazıb. Ərizədə deyilir:

"Bu şikayət ərizəmizdə yazıb bildiririk ki, Ucar rayonu Müsüslü kənd icra nümayəndəsi Fuad Bəbirxanovun və bələdiyyə sədri Tahir Kərimovun fəaliyyətsizliyi nəticəsində kəndin problemləri günü-gündən artmaqdadır ki, buna görə sakinlər çox-çox əziyyət çəkirlər.Belə ki, Ucar rayonu Müsüslü kəndi Bak-Qazax magistral yolunun kənarında yerləşir.Kəndin iri və xırda buynuzlu heyvanlarının örüş yerləri və orta məktəb Bakı-Qazax magistral yolunun əks istqamətində yerləşir deyə yeraltı keçidin olmamasına görə tez-tez faciə ilə üzləşirik.Hər gün səhər saatlarında kəndin naxırı və məktəblilər magistral yolundan əks istiqamətə keçib axşam saatlarında qayıdırlar. Həmin vaxt yüksək sürətlə hərəkət edən avtomobillər heyvanları və şagirdləri vuraraq öldürür.Oxşar hadisələr çoxlu sayda baş versədə heç bir tədbir görülmür.Həttda bu yolda piyada keçidinin olmamasına görə iki məktəbli uşağı avtomobil vurub öldürmüşdü.
Qoyulan piyada keçidi isə yararsızdır. Həmin keçidə kanalizasiya suyu axıdılır, qaz borusu keçirilib ki, bu insan həyatı üçün ciddi təhlükədir.Hansı ki, qaz kəmərinin keçirilməsi üçün dövlət tərəfindən torpaq ayrılmışdır.Bkı-Qazax magistral yolunun çəkilişi zamanı genişləndimə məqsədi ilə yolun kənarında sakinlərə məxsus torpaq sahələri dövlət tərəfindən pul verilib alınsada hələdə həmin hasarlar sökülməyib genişləndirilməyib yolun kənarı darsqal olaraq qalıb.Biz üzləşdiyimiz bu problemin həll edilməsi üçün Azərbaycan Avtomobili Yolları ASC-nin sədri Saleh Məmmədova ərizə ilə müraciət etsəkdə heç bir tədbir görməyib.
Kəndin əkin torpaqlarının suvarılması üçün su arxları, su kanalları lildən, qamışdan, koldan-kosdan təmizlənmir deyə su üzünə həsrət qalmlşıq, Əkinlərimiz susuzluqdan məhv olur. Kəndin örüş torpalarını bəzi imkanlı şəxslər zəbt edib təyinatı dəyişdirilmədən orada əkinçilik ediblər.Bu isə ciddi qanunsuzluqdur ki, şəraiti kənd icra nümayəndəsi Fuad Bəbirxanov və bələdiyyə sədri Tahir Kərimov yaradıblar.
Müsüslü kəndinə heç bir diqqət edimir kənd sakinləri məmur özbaşınalığına görə zülm, əziyyət çəkir.
Mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevdən və digər yüksək vəzifəli şəxslərdən xahiş edirik şikayət ərizəmizdə göstərdiyimiz faktları kənd sakinlərinin iştirakı ilə yerində araşdırb qanunu və ciddi tədbirlər görəsiniz".

Qarşı tərəfi də dinləməyə hazırıq...
Ucar sakinləri narazılıq edir... -ŞİKAYƏT
Ucar sakinləri narazılıq edir... -ŞİKAYƏT
Ucar sakinləri narazılıq edir... -ŞİKAYƏT
Ucar sakinləri narazılıq edir... -ŞİKAYƏT

Şərhlər

XƏBƏR LENTİ