SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Hacıqabulda uşaqlar üçün tədbir keçirilib

Hacıqabulda uşaqlar üçün tədbir keçirilib

Tarix:

1-06-2019, 13:10

/ 935 dəfə oxundu.
Hacıqabulda uşaqlar üçün tədbir keçirilib

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə Hacıqabul rayonunda tədbir keçirilib.

Əvvəlcə rayon İcra Hakimiyyəti başçısı rayonun bir qrup şagirdi ilə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib gül-çiçək dəstələri düzüblər.

Tədbirdə İcra Hakimiyyəti başçısı Əhməd Muxtarov çıxış edərək bildirib ki, tarixi boyu hər bir dövlət, hər bir cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab edir. Azərbaycan dövləti də bu mühüm məsləyə qayğı ilə yanaşır. Bu gün müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə əhatə olunub.

Tədbirin sonunda təhsildə nailiyyətlərin olan bir qrup şagirdə fəxri fərmanlar və qiymətli hədiyyələr verildi. Sonra tədbir uşaqların təşkil etdiyi konsert proqramı ilə davam etdirilib.
Hacıqabulda uşaqlar üçün tədbir keçirilib
Hacıqabulda uşaqlar üçün tədbir keçirilib
Hacıqabulda uşaqlar üçün tədbir keçirilib
Hacıqabulda uşaqlar üçün tədbir keçirilib

Şərhlər

XƏBƏR LENTİ