XalqXəbər.Az

İbrahim Cəfərovun vətəndaşlıq borcu müəmmalı keçmişindən nələr deyir

yüklənir...
İbrahim Cəfərovun vətəndaşlıq borcu müəmmalı keçmişindən nələr deyir
23-05-2019, 16:59
yüklənir...

Əziz dostlar, ali məktəbdə çalışıram, siyasət adamı deyiləm, lakin mən bu ölkənin vətəndaşıyam, ölkəmdə baş verən işlərə bir vətəndaş kimi münasibət göstərməyə mənəvi haqqım var. Son zamanlar Əli Insanov deyilən bir şəxs uzun illik türmə həyatından sonra ağlına gələn müsahibələr verir, yeni partiya yaranmasından, milli şura deyilən uğursuz bir qurumla gələcək əlaqələrindən danışır və s. Uzun illərdən bəri kütləvi informasiya kanalları ilə aldığım məlumatlar bu insan haqqında müsbət heç nə demir. Bəla burasındadır ki, nazir portfeli daşıyarkən hər tərəfdən , müxalifətin bütün qanadları tərəfindən tənqidə və təhqirə məruz qalan Əli Insanov bu gün elə həmin qüvvələr tərəfindən də alqışlanır, dəstəklənir. Çox uzatmaq istəmirəm, Heydər Əliyevin verdiyi çörək onun burnundan gəlsin, haranı olsun. Yüz Əli İnsanovlar, Əli Kərimovlar və digərləri mənim Prezidentinin kəsilib atılan dırnağı ola bilməzlər. Yazıqlar olsun…,
Yuxarıda gətirdiyimiz bu sutat Azərbaycan Aqrar Universitetinin rektoru İbrahim Cəfərovun “Facebook” səhifəsindən götürülüb.Siyasət adamı olmadığını qeyd edən İbrahim müəllimin bir ölkə vətəndaşı kimi sabiq Səhiyyə naziri Əlıi İnsanovun barəsində bu fikirləri söyləməyə birdən -birə cəsarəti haradan aldı? Məlum olduğu kimi Əli İnsanov artıq iki aya yaxındır ki, azadlığa buraxılıb. Niyə İbrahim Cəfərov onda deyil, bu vətəndaşlıq borcunu məhz indi yerinə yetirməli oldu? Ötən həftə Kənd Təsərrüfatı naziri İnam Kərimov sabiq nazırlə bağlı açıqlaması artıq hamıya məlumdur. Nazirin sözügedən açıqlamasından sonra İbrahim Cəfərovun bu addımı başa düşüləndı. Öz nazırinə yarınmaq istəydir bu,vətəndaşlıq borcu deyil.

İkinci tərəfdən biz Əli İnsanova bununla haqq qazandırmaq istəmirik.Elə yazının Ulu Öndər Heydər Əliyevin anım gününə təsadüf etməsi lap yerinə düşür. Bu gün Ulu Öndər Heydər Əliyevin anım günüdür. Bu gün oldu-olmadı hamı ona olan sədaqətindən danışır. Bu gün hamı Ulu Öndərin siyasətini layiqincə davam etdirən İlham Əliyevin ətrafında sıx birləşməsindən, ona olan etibarından, sədaqətindən bəhs edir. Lakin bunu deyənlər öz keçmişlərini yaddan çıxarsalar da, xalqın yaddaşında qalan çox gizli olaylar hələ də qalmaqdadadır.

Maraqlıdır görəsən 2005 ci ildə Əli İnsanov Amerikada yaşayan Rəsul Quliyevlə həmrəy olub dövlət çevrilişi hazırlayarkən İbrahim Cəfərov hansı cəbhədə olub? Məlumatlı mənbənin sözlərinə görə həmin dövrdə Gəncədə, Aqrar Universitetdə, kecmiş Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında torpaqşünaslıq fakültəsində dekan işləyən İbrahim Cəfərov məhz Rəsul Quliyevin ən yaxın adamlarından biri kimi tanınıb. Məlumatlı şəxslərin sözlərinə görə, İbrahim Cəfərovun həmin dövrdəki mövqeyi ilə, indiki çıxışları arasında çox böyük təzadlar var.

Yeri gəlmişkən, elektron kütləvi informasiya vasitələrində İnam Kərimovun əslində Əli İnsanova o qədər də yad adam olmadığı barədə yayılmış məlumatlar sanki qurbağa gölünə daş atdı. Məlum olub ki, indiki nazirin əmisi Sərdar Kərimov Əli İnsanovun ən yaxın dostlarından olub. Əli İnsanov səhiyyə naziri təyin olunanda mərhum Sərdar Kərimovu nazirliyə gətirir və bir müddətdən sonra ona özünün birincü müavini vəzifəsini həvalə edir. 1999-cu ildən ömrünün sonuna qədər nazirin I müavini işləyən Sərdar Kərimovun gənc yaşda vəfatından sonra belə, yaxın dostunun kabinetini heç kimə verməyən Əli İnsanovun Kərimovlar ailəsinin yüksəlməsində mühüm rol oynadığı bildirilir.
İnam Kərimovun xaricdə təhsil aldığı illər də mərhum əmisinin nazir müavini olduğu dövrlərə təsadüf edir. Bu iddia nazirin bioqrafiyasında da öz əksini tapıb: “1998-ci ildən 2000-ci ilə qədər Fransanın Strasburq Universitetində hüquq ixtisası üzə təhsil alıb. 2000-2002-ci illərdə isə o, Fransanın nüfuzlu universiteti hesab olunan Sorbonna Universitetində hüquq ixtisası üzrə magistr təhsili alıb”.
Nəzərə alsaq ki,ulduzu məhz həmin illərdə parlamış Sərdar Kərimovun qardaşı oğlunun yüksəlişində indi bostanına daş atdığı şəxsin müstəsna rolu olduğu açıq şəkildə görsənir.

Görünür bütün bunlardan Azərbaycan Aqrar Universitetinin rektoru İbrahim Cəfərovun xəbəri yoxmuş.İnam Kərimov nazir, İbrahim Cəfərov isə universitet rektoru olduqdan sonra vaxtı ilə onların eyni cəbhədə olduqları da ortaya çıxdı.

Aktualinfo.org

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.