XalqXəbər.Az

Vilyam Hacıyev də yerdəyişmə istəyir... - İDDİA

yüklənir...
Vilyam Hacıyev də yerdəyişmə istəyir... - İDDİA
18-05-2019, 14:25
yüklənir...

Çoxdandır vəzifədən alınacağı barədə informasiyalar yayılan İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevdən xəbər var. Belə ki, rayondakı qaynaqların DİA.AZ-a bildirdiyinə görə, İmişli şefi yenidən təyinat ala bilməsi üçün qollarını çrımayıb.

Xatırlada ki, dünən Prezident İlham Əliyev iki rayonun - Sabirabad və Saatlının icra başçılarının yerlərinin dəyişdirilməsi barədə sərəncamlar imzaladı. Buna qədərsə Ağstafa və Goranboy rayonlarının rəhbərlərinin yerləri dəyişdirilmişdi.

DİA.AZ-a danışan mənbə iddia edir ki, Vilyam Hacıyev də Ağcabədi rayon icrab hakimiyyəti başçısı postuna təyinat ala bilməsi üçün çalışır.

Qeyd edək ki, bu iddialarla bağlı İmişli RİH-dən hər hansı mövqe öyrənə bilmədik. Amma yenə də qarşı tərəfin fikirlərini işıqlandırmağa hazırıq...

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.