XalqXəbər.Az

Alı Alıyev növbəti səyyar qəbul keçirib

yüklənir...
Alı Alıyev növbəti səyyar qəbul keçirib
18-05-2019, 10:55
yüklənir...

Prezident cənab İlham Əliyevin əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi, vətəndaş-məmur münasibətlərində şəffaflığın təmin edilməsi barədə tapşırıqları Füzuli rayonunda daim diqqət mərkəzində saxlanılır. Ölkə başçısının tapşırığına əsasən Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev mütəmadi olaraq vətəndaşlarla görüşür, onların problemlərini dinləyir, təklif və qayğıları ilə maraqlanır. Alı Alıyevin növbəti səyyar qəbul-görüşü Mahmudlu-1 kəndində keçirilib.

Xalqxeber.Az xəbər verir ki, səyyar qəbulda rayonun idarə, müəssisə və təşkilatları, ictimaiyyət nümayəndələri iştirak edib.

Səyyar qəbulda çıxış edən Alı Alıyev bu cür görüşlərin ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə mütamadi keçirildiyini bildirib.
Alı Alıyev deyib ki, Mahmudlu-1 kəndində hal-hazırda 802 nəfər yaşayır. Kəndin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutulan bütün imtiyazlardan istifadə edirlər. Kənd sakinlərindən məcburi köçkün statusu olan 802 nəfərə hər ay 48120 manat vahid aylıq müavinət ödənilir, 7 ailəyə ünvanlı sosial yardım təyin edilib, 1 ailə isə özünüməşğulluq proqramına cəlb olunub. Mahmudlu-1 kəndində 4 şəhid ailəsi, 8 Qarabağ müharibəsi əlili vardır. Kənd sakinlərindən 93 nəfərə müxtəlif növ pensiya və müavinət verilir. Kənd sakinlərindən 133 nəfər müxtəlif idarə, müəssisə və təşkilatlarda işləyirlər.

Mahmudlu-1 kəndində məktəb, uşaq bağçası, tibb məntəqəsi, kitabxana fəaliyyət göstərir, torpaq islahatı aparılıb, hər bir kənd sakini pay torpağı ilə təmin olunub.

2018-2019-cu təsərrüfat ilində 87 ha taxıl əkilib, 1301 kq barama istehsal olunub. Kənd sakinlərinə ötən təsərrüfat ilində becərdikləri əkin sahələrinə görə dövlət tərəfindən 16220 manat subsidiya ödənilmişdir.

Səyyar qəbulda rayonun ayrı-ayrı sahələrə dair kənd sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, digərləri isə həll edilməsi üçün nəzarətə götürülüb.

Səyyar qəbul zamanı çıxış edən kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.
Alı Alıyev növbəti səyyar qəbul keçirib
Alı Alıyev növbəti səyyar qəbul keçirib
Alı Alıyev növbəti səyyar qəbul keçirib
Alı Alıyev növbəti səyyar qəbul keçirib

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.