SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Beyləqanda “yaşıl soyqırım…” – Abadlığa qurban kəsilən ağaclar

Beyləqanda “yaşıl soyqırım…” – Abadlığa qurban kəsilən ağaclar

Tarix:

15-05-2019, 17:09

/ 1 340 dəfə oxundu.
Beyləqanda “yaşıl soyqırım…” – Abadlığa qurban kəsilən ağaclar

“Bir ağacı əkib-böyütmək, bir övladı böyütməyə bərabərdir. Ağacları kəsib oranı baqqalxanaya çevirənlər bu ölkəyə xəyanət etməyiblərmi? Kəsilən ağacları bərpa etmək çətindir. Hesab edin ki, onlar mənim balalarımın başını kəsiblər. Onlar gərək haqq – ədalət məhkəməsi qarşısında cavab versinlər.” Bu çıxışlar Ulu Öndər Heydər Əliyevin hər kəsə örnək və dərs olacaq çıxışındandır. Amma nə faydası. Bəzi məmurlar və icra başçıları “qanun mənəm” deyib yenə də öz bildiklərini edirlər. Bunu Beyləqanda ağacları kütləvi şəkildə mənəvi terrora məruz qoyan məmurçiklərə də şamil etmək olar.

Beyləqan rayonunda ağaclar mənəvi terrora – mənəvi iztiraba məruz qalıb. Dəfələrlə olub ki, saytımızda Beyləqan rayonuda, eləcə də digər bölgələrdə ağacların qanunsuz şəkildə müxtəlif vəzifəli şəxslər tərəfindən terrora məruz qalaraq kəsilməsi faktını video və fotolar vasitəsi ilə çəkib dərc etmişik. Görünən odur ki, bu cür faktlara görə ağac qatilləri barəsində aidiyyəti qurumlar onların əməllərinə hüquqi qiymət verməyib, barələrində ciddi tədbirlər görməyiblər. Əgər belə olsaydı Beyləqan rayonunda abadlıq altında ağaclar kütləvi şəkildə kəsilərək, məhv edilməsi prosesi ilə üzləşməzdik.Görünür, kim(sə)lərsə ulu Öndər Heydər Əliyevin “ağac kəsən balalarımın başını kəsir” məhşur sözlərini qulaqardı etməzdilər. Əməkdaşımız hadisə yerində olub və şahidi olduğu acı mənzərənin qeydə alıb.

RealMedia.az-ın Beyləqandakı əməkdaşı xəbər verir ki, rayonun S. İmrəliyev küçəsində “abadlıq” işləri, yəni hasarların mazayka daşları ilə üzlənməsi prosesi gedir. Aparılan işlərə bir başa icra başçısı Asif Ağayev özü həm nəzarət, həm də rəhbərlik edir. Ancaq hasarların mazayka daşları ilə üzlənməsi prosesi zamanı ağacların qanunsuz olaraq kütləvi şəkildə kəsilir. Aparılan müşahidələr zamanı məlum olub ki, ağacların budanması prosesi də mövsümü olaraq aparılmır. Yaşıl ağaclar da budanır.
Məsələ ilə bağlı əməkdaşımız ETSN-nin 9 saylı Regional Ekologiya İdarəsinin əməkdaşı ilə əlaqə saxlayıb. İdarənin əməkdaşı ağacların qanunsuz şəkildə kəsilməsini təsdiq edib və bildirib ki, monitorinq qrupu ağacların kəsilməsi faktı ilə bağlı ərazidə olmuş, akt tərtib edərək hüquqi qiymər verilməsi üçün proseslərə başlayıb.

Redaksiyadan: Bir müddət əvvəl Beyləqanda məhz bu qaydada çoxillik ağacların kütləvi şəkildə kəsilərək, məhv edilmişdir. Həmin vaxt ETSN-nin yeri aidiyyəti qurumu dolayısına icra hakimiyyətinin xeyrinə “həll” etmişdir. Məhz elə həmin məsələdən də dişlərində şirə qalan icra hakimiyyəti növbəti “soyqırım”ı törətmişdir.

Məsələ ilə bağlı Beyləqan rayon icra hakimiyyətinin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

RealMedia.az
Beyləqanda “yaşıl soyqırım…” – Abadlığa qurban kəsilən ağaclar
Beyləqanda “yaşıl soyqırım…” – Abadlığa qurban kəsilən ağaclar
Beyləqanda “yaşıl soyqırım…” – Abadlığa qurban kəsilən ağaclar
Beyləqanda “yaşıl soyqırım…” – Abadlığa qurban kəsilən ağaclar

Şərhlər

XƏBƏR LENTİ