SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Cənab nazir Sabirabad təhsili ölüm ayağındadır

Cənab nazir Sabirabad təhsili ölüm ayağındadır

Tarix:

17-03-2017, 10:24

/ 1 626 dəfə oxundu.
Cənab nazir Sabirabad təhsili ölüm ayağındadır

Ötən ilin yanvar ayında mərkəz Sabirabad rayonu olmaqla 12 saylı ərazi regional maliyyə-hesablama mərkəzi yaradıldı və həmin mərkəzə 65 yaşlı texnikum təhsilli, Rusiyanın cənub ali humanitar institunun Bakı filialının BHC691766 nömrəli saxta diplomunu əldə etmiş, Sabirabad rayonunda müxalifətçi kimi tanınan Elxan Əsədov təyin edildi.O regional idarəyə rəis təyin edildikdən sonra bir sıra məktəblərin texniki işçilərinə qarşı yolverilməz formada təzyiq və təhqirlərə keçdi. Onlar hansısa səbəbə görə hətda bir gün işə çıxmadığı halda işdən uzaqlaşdırılmış və ya bir aylıq əmək haqqı saxlanılır. Bununla da sıravi işciləri dövlətdən narazı salır. Bir müəllimə kimi məni içdən yandıran, və vicdanən narahat edən bir məsələni bildirmək isdəyirəm. Bu ilin fevralın əvvəlindən Sabirabad təhsilində başlayan Maliyyə nazirliyinin növbəti yoxlaması başa çatıb. Ötən müddət ərzində təftişçilər Olimpiya kompleksinin kotteclərində eninə-uzununa kef ediblər. İndi də məktəblərə plan qoyublar. Orta məktəblərin hər birinə 3 min, əsas məktəblərə isə 5 min manat pul vermək tapşırılıb. Pul yığmaq kompaniyasına Təhsil nazirliyinin 12 saylı regional maliyyə idarəsinin rəisi Elxan Əsədov başçılıq edir. O Elxandır ki, saxta diplomla 65 yaşında bu vəzifəyə təyinat alıb. Üstəlik qızı Könülü də cəmi 6 ay o məktəbdə işləməsinə baxmayaraq rayonun ən böyük Nizami Gəncəvi adına orta məktəbinə direktor qoydurub. Bir daha qeyd edirem ki, bu ailə Sabirabadda qatı müxalifətçilər kimi tanınır. İndiki vəzifəsindən əvvəl 20 il Mədəniyyət şöbəsində baş mühasib işləməsinə baxmayaraq Elxan YAP-a keçməkdən inmtina edib. Müxalifətçiliyini ört-basdır etmək üçün o qoca vaxtında bu yaxınlarda YAP-a keçib, özü də qızı Könüllə birlikdə eyni gündə. Onu da deyək ki, onun kürəkəni, yəni Könülün əri Azər Ağayev ən qatı müxalifətçi kimi ad çıxarıb, seçkilərdə YAP-çıların qəniminə çevrilib. Prezident və parlament seçkilərində İsa Qəbərin, Əli Kərimovun, Cəmil Həsənlinin ən sədaqətli müşahidəçisi olub . Bu gündə əqidəsindən dönmür.Öz adına yəqin ki yaxşı edir. Görür ki, dövlətə arxa çevirən qaynatası, arvadı ən böyük vəzifəyə gətiriliblər, YAP-çılar isə küçələrdə iş axtarırlar.
Bax elə dövlətə təpik atanlar onu gözdən salmaq üçün bu gün də Sabirabad təhsilində rüşvət kompaniyasına başçılıq edirlər. Bu gün bütün məktəblərdə müəllimlər qan ağlayırlar. Hər müəllimdən 100-150 manat pul yığılır. Novruz bayramı ərəfəsində bu şərəfsizliyi heç Allah da götürməz. Ancaq ilin-günün bu çağında Elxan Əsədov bu rəzilliyə de gedir.
Ölkə rəhbərliyi bilsin ki, Sabirabad təhsili ölüm ayağındadır. Bu gün Elxan Əsədovun Sabirabad müəllimlərindən yığdığı pul irin-qandır.
Biz müəllimlər Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya ümüdlə müraciət edirik. Xaiş edirik ki bu adamın fəaliyyətini yoxlasınlan. Artıq bu cinayətkara dur deyən olsun.

Dilarə Quliyeva

xalqxeber.az

Şərhlər

XƏBƏR LENTİ